Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:09

Müxalifətçilər: "Kadırov bizi ölümlə hədələyir"


Kadırovun İnstagram-ından
Kadırovun İnstagram-ından

►"Putin buna reaksiya verməlidir"

Çeçenistan rəhbəri Ramzan Kadırov öz bloqunda iki rusiyalı siyasətçini, PARNAS partiyasının liderləri olan Mixail Kasyanovla Vladimir Kara-Murzanın nişangaha alınmış fotosunu yerləşdirib.

Onun bu hərəkətini qətlə təhdid kimi qiymətləndirən hər iki siyasətçi hüquq mühafizə orqanlarına müraciət etmək niyyətindədirlər.

Mixail Kasyanov deyib ki, o həmçinin ölkə prezidentindən reaksiya gözləyir: "Vladimir Putin ölkə Konstitusiyasının qarantıdır. Bundan başqa hüquq-mühafizə orqanlarını idarə etmək səlahiyyətləri də onun üzərinə qoyulub. Buna görə də o, ölkə subyektlərinin buna bənzər antikonstitusion hərəkətlərinə reaksiya verməyə bilməz," - deyə o bildirib.

Prezidentin mətbuat katibi Dmitriy Peskovsa deyib ki, o, Ramzan Kadırovun paylaşdığı postla sonra tanış olacaq. "Biz Kadırovun Instagramını izləmirik. Biz, ümumiyyətlə, Instagramı izləmirik," - Peskov deyib.

Kara-Murza Kadırovun hərəkətlərini "Boris Nemtsovun qətli ilə bağlı artıq bir ildir ki, mövcud olan cəzasızlığın nəticəsi" adlandırıb.

Qroznıda Kadırova dəstək aksiyası
Qroznıda Kadırova dəstək aksiyası

"Bu cinayətin izləri bu və ya digər formada Qroznıya gedib çıxır. Ancaq Kadırov bu iş üzrə formal da olsa dindirilməyib, baxmayaraq ki, bunu Nemtsovun qohumlarının vəkilləri tələb edirdilər. Bunun əvəzində son bir neçə həftə ərzində biz Kadırovun özü və əlaltılarının rejimin əleyhdarlarına qarşı əlaqələndirilmiş silsilə təhdidlərini görürük," - deyə Kara-Murza vurğulayıb.

Buna da bax: Səməd Seyidov: "Məni vəzifəmdən çıxarmayıblar"

Fevralın 1-nə keçən gecə Kadırov Instagram sosial şəbəkəsində Mixail Kasyanovla Vladimir Kara-Murzanın görüntüləri olan videonu paylaşaraq "Kasyanov Strasburqa Rusiya müxalifəti üçün pulları almağa gəlib. Anlamayanlar anlayacaq." şərhini yerləşdirib.

Kara-Murza həmçinin qeyd edib ki, mayın 25-də, onun müəmmalı zəhərlənmədən xəstəxanaya düşməsindən bir sutka əvvəl Kadırov öz hesabında "Anlamayanlar anlayacaq" kommentini yazıbmış. Bundan əvvəl Kadırov "sistemdən kənar" müxalifətin nümayəndələrini "xalq düşmənləri" adlandıraraq ona qarşı kampaniyaya başlamışdı. Bundan bir neçə gün sonra Qroznıda müxalifətə qarşı yönələn "Kadırova dəstək mitinqi" keçirilmişdi.

XS
SM
MD
LG