Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

3 dövlət qurumu ləğv olunur


Nazirlər Kabineti
Nazirlər Kabineti

-

Onların bazasında 1 publik qurum yaradılır

Prezident İlham Əliyev 3 dövlət qurumunun ləğv edilib onların bazasında publik qurum yaradılması barədə fərman imzalayıb.

Fevralın 3-də imzalanan fərmana əsasən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ləğv edilir. Həmin qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi yaradılacaq.

Fərmanda qeyd olunur ki, yeni qurumun yaradılması ölkənin maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi daşıyır.

Fərmanda MBNP-nin 5 nəfər üzvdən ibarət Direktorlar Şurasının yaradılması nəzərdə tutulur. Yeni yaradılacaq qurumun Direktorlar Şurasının sədrini və üzvlərini prezident təyin edəcək. MBNP-nin fəaliyyətinin təmin edilməsi məqsədilə işçi qrupu yaradılması nəzərdə tutulur. Qrup QKDK-nin sədri Rüfət Aslanlı, «Xalq Bank», «Kapital Bank» və «Unibank»ın müşahidə şuralarının rəhbərləri, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin nümayəndələrindən ibarət tərkibdə yaradılacaq.

XS
SM
MD
LG