Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:43

Gəncəçayın sol sahilində narahat yaşayanlar var


Söküntü
Söküntü

-

«6 sot torpağın üstündə sahəsi 130 kvadratmetrlik təmirli ev-eşiyim var. Neçə aydır gəlib gedirlər ki, «buradan bulvar keçəcək, evlər söküləcək». Ancaq deyən yoxdur ki, sökəcəkləri evlərimizə görə bizə kompensasiya veriləcək, ya yox… Heç adını da tutmurlar».

Gəncə sakini Ramilə Abdullayeva 1 ilə yaxındır ki, səksəkə içərisində yaşayır. Sakini narahat edən odur ki, 1 ilə yaxındır ərazidəki evlərin söküntüsü xəbərini alıblar. Ancaq ailələrə nə kompensasiya, nə də köçürüləcəkləri ərazi barədə məlumat verilmir.

«QOYMADIQ SÖKSÜNLƏR»

Bir sözlə, azı 50 ailə aqibətlərinin necə olacağını bilmir:

«Çayın sağ qolundakı evləri sökdülər. Onlara ev verdilər, pul verdilər – xəbərimiz yoxdur. Bulvarı çəkib gətirdilər bizə qədər. Sonra da gəldilər ki, bu evlər də söküləcək. Səs-küy saldıq, qarşılarını kəsdik, qoymadıq söksünlər. Cəmi bir ev sökə bildilər. O evdəki ailəni də avtobazanın binasına yerləşdirdilər».

Ramilə xanımın dediyinə görə, çayın sağ sahilindəki evləri sökəndən sonra keçiblər sol sahilə… Ötən il burada cəmi bir ev sökülüb. May ayında ərazidə yaşayanlara bildirilib ki, köçlərini tutsunlar, tezliklə onlar da köçəcəklər. Ancaq hara? Bu sualın cavabı havada qalıb. Amma ölkədə keçirilən Avropa Oyunları, necə deyərlər, onların qanının arasına girib. Sakinlərə bildirilib ki, söküntü işləri tədbir bitəndən sonra davam edəcək:

«Oyunlar bitdi, bir az fasilə yarandı, oktyabr ayında yenə gəldilər, bənd tikmə işlərinə başladılar».

«HƏLƏLİK İŞLƏR DAYANDIRILIB»

Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib ki, Gəncəçayın ətrafında işlər 2012-ci ildən başlayıb. Çayın məcrasında təmizləmə və beton bəndin inşası işləri görülüb. Sağ sahilində böyük bənd inşa edilib.

Bənd iki körpünün arasında salınıb. Sağ sahildə bulvarsalma işləri yekunlaşdıqdan sonra işləri sol sahildə davam etdirmək üçün buradakı azı 50 evin sökülməsinə zərurət yaranıb. Lakin hələlik bu işlər dayandırılıb.

Gəncə sakini isə deyir, hazırda ərazidə bulvarı uzatmaq üçün işlər gedir. Yarıya kimi bənd çəkilib, bu dəqiqə çayın kənarında texnika işləyir.

XS
SM
MD
LG