Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:37

Devalvasiyadan sonra ev əşyalarını satanlar artıb


İllüstrasiya
İllüstrasiya

►“İkinci əl” bazarı populyarlaşır, özü də onlayn....

Azərbaycanda satışla bağlı yeni trend formalaşmağa başlayıb.

Artıq vətəndaşlar hansısa əşyanı satmaq üçün mağazaya və ya maklerə müraciət etməkdənsə, elan saytlarına üz tuturlar. Son dövrlərdə belə saytlara tələbat artıb.

Həmin saytlarda oyuncaqdan, ev heyvanlarından tutmuş avtomobilə, evə qədər hər şey satışa çıxarılır. Satışa çıxarılan əşyaların bir hissəsi “ikinci əl”dir.

Elan saytları da son dövrdə elektron satışlara marağın artdığı deyirlər. Əvvəllər sadəcə maraq üçün elanlara baxırdılarsa, indi belə saytlarda əməlli- başlı alış-veriş gedir.

Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirir ki, manatın ucuzlaşmasından sonra ikinci əl ev əşyaları və geyimlərin satışı xeyli artıb.

“Məsələn, gün ərzində sayta 2000-2500 elan yerləşdirilirsə, 500 mal satılır”- V.Hüseynov deyib.

Satılan malların yarısı qadın geyimləridir

V.Hüseynov bildirib ki, hər gün satılan malların 40-50 faiziniikinci əl geyim malları təşkil edir. Xüsusilə də, qadın geyimləri üstünlük təşkil edir. Onun sözlərinə görə, bu tendensiya xüsusilə də son 2 ayda artıb. Qadınlar pul əldə etmək üçün geyim və ləvazimatlarını qiymətindən dəfələrlə ucuz satırlar:

“Adətən 50 çantası olsa da, heç bir qadın onu satmaq istəməz. Amma gəlirlərin azalması onları da sevimli geyimlərini və əşyalarını satmağa vadar edir. Gün ərzində qadın çantası ilə bağlı 200-300 elan yerləşdirilir. 90-110 manatlıq çantalar 40-50 manata satılır”.

Bir dəfə geyinilən paltar 4 qat ucuz satılır

Qadınların satdığı mallardan daha çoxu ziyafət geyimləridir. Bu paltarlar öz qiymətindən hətta 3-4 dəfə ucuz satılır. Məsələn, bir dəfə istifadə etdikdən sonra 400 manatlıq ziyafət geyimi 100 manata satılır.

Qadın aksessuarlarına da maraq böyükdür. Belə əşyalar adətən qiymətli metaldan olmadığı və ucuz olduğu üçün daha çox satılır. Məsələn, gün ərzində qiyməti 1-10 manat olan 10-20 qolbağ, boyunbağı və ya üzük satılır.

_____________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

Kişilər gödəkçə və paltolarını satırlar

V.Hüseynov bildirib ki, satılan ikinci əl geyimlərin bir hissəsini kişi geyimləri təşkil edir. Amma onların satış siyasəti, qadınlarla müqasiyədə heç də uğurlu deyil. Belə ki, kişilər bəzənməyə daha az maraqlı olduqlarından istifadə etdikləri geyimlər də azdır. Ona görə, satmaq üçün geyim çeşidi geniş deyil.

Kişilər yanlız ikinci əl gödəkçə və paltolarını satışa çıxarırlar. Məsələn, 70-80 manatlıq gödəkçəni 50 manata təklif edirlər. Bu isə alıcılar üçün o qədər də sərfəli olmur.

Öz avtomobili ilə sürücü xidməti göstərmək istəyənlər 30 dəfə artıb

Sayt rəhbərinin sözlərinə görə, hazırda xidmət sahələri ilə bağlı elanlar da artıb. Belə ki, elanlarda taksi, şəxsi sürücü və yükdaşıma xidmətlərinə maraq artıb.

Məsələn, əvvəl ayda bir öz avtomobili ilə şəxsi sürücü xidməti göstərmək istəyən olurdusa, hazırda hər gün sayta 1-5 arası belə elan yerləşdirilir. Müraciət edənlərin hamısı Bakı şəhərindəndir.

Sovet mebellərini pulsuz satırlar

Daha çox satışa çıxarılan ev əşyaları sırasında sovet dövründə dəbdə olanlar üstünlük təşkil edir. Satışda əvvəllər ofisdə istifadə edilən kompyuter stolu və ləvazimatları, televizor altlıqları, güldanlar var. V. Hüseynovun deməsinə görə, evlərini yeniləyən şəhər sakinləri belə əşyaları ucuz qiymətə satmaq istəyir

Satışla yanaşı ev əşyaları pulsuz da verilir. V.Hüseynov bildirir ki, belə qeyri-adi elanlar adətən sovet dövrünə aid mebellərlə bağlı olur. Mebelləri evdən çıxarmaq istəyən şəhər sakinləri 30-40 manatlıq fəhlə pulu ödəməmək üçün belə bir addım atırlar.

Buna da bax...

Mənzillərinizi təcili boşaldın!
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

XS
SM
MD
LG