Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Sement zavodu zərərin səbəblərini açıqlamır


Holcim (Azerbaijan)
Holcim (Azerbaijan)

►«Elan edildi ki, 123 milyon manat zərər yaranıb. Niyəsini deyən olmadı»

Martın 10-da Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin səhmdarları “Boulevard Hotel”ə toplaşaraq, ötən ilin maliyyə nəticələrini müzakirə ediblər. Toplantıya dividend almaq ümidiylə qatılan kiçik səhm sahibləri oradan məyus qayıdıblar.

“Maliyyə göstəricilərini çox çətinliklə öyrənə bildik”

Səhmdar Şəmsəddin Allahverdiyev AzadlıqRadiosuna keçən il 39 milyon 700 min manat xalis mənfəətin bir hissəsi kimi, hər səhmə görə 12 manatdan yuxarı dividend aldığını söyləyib:

«Bu günsə bizə söz deməyə də imkan verilmədi. İcra edilmiş sosial layihələrdən, bir də istehsalın azalmasından danşdılar. Maliyyə göstəricilərini çox çətinliklə öyrənə bildik».

Onun məlumatına görə, ötən il Qaradağ sement zavodu məhsul satışından 84 milyon 624 min 975 manat götürüb. İstehsala çəkilən birbaşa xərclər 51 milyon 413 min manat olub. Dövlət büdcəsinə 26 milyon manat vergi ödənib. Müəssisənin başqa xərcləri də olub, amma bunları səhmdarlar öyrənə bilməyiblər:

«Elan edildi ki, 123 milyon manat zərər yaranıb. Niyə, nə üçün? – deyən olmadı».

İdarə Hedyətində sualı cavablayan tapılmayıb

LafargeHolcim şirkətinin təmsilçisi Horia Adrian və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Gündüz Kərimov da toplantıya qatılılanlar arasında olublar.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Səhmdarların ümumi yığıncağında Holcim (Azərbaycan) ASC-nin Müşahidə Şurasının yeni tərkibi seçilib.

AzadlıqRadiosu şirkətə müraciət edərək, zərərin yaranma səbəblərini öyrənməyə çalışsa da, İdarə Heyətində suala cavab verən tapılmayıb.

Holcim (Azərbaycan) sement ixracına hazırlaşır

Holcim (Azərbaycan) ASC illik maliyyə hesabatını korporativ saytında açıqlayır. Şirkət hər il “böyük dördlüyə” daxil olan şirkətlərdən biri tərəfindən audit yoxlamasından keçir.

Martın 10-da Bakıda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın da 7-ci iclası keçirilb. İclasda Holcim (Azərbaycan) ASC-nin sement ixracına hazırlaşdığı bildirilib.

Buna da bax:

Prezident qızlarına məxsus şirkətin işçiləri maaşlarını istəyir
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

XS
SM
MD
LG