Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:12

Təbrizli: "Arvada qulaq asmadım, gəldim Bakıya, nə biləydim belə olacaq"


Banklar işləmir, bəs turist neyləsin?

“Ay baba, belə də iş olar, əlimdə dollar qalmışam ki, harda dəyişim. Keçən il exchange-lər vardı, pulumuzu da orda rahat dəyişirdik. İndi qalmışam belə...”

Novruzda Bakıya gəlmiş təbrizli İsfəndiyar deyir ki, bayram günləri bankların işləməməsi onu əməlli-başlı çaşbaş qoyub. Əlindəki dolları dəyişməkdən ötrü ağız açmadığı adam qalmayıb.

Elə Novruzda Bakıya istirahətə gələn digər turistlərin çoxu da İsfəndiyarın durumundadır:

Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

– Qabaq rahat idi, bayram da olsa, gedib dəyişə bilirdik. İndi yoxa çıxıblar, biz də qalmışıq avara. Əlimizdə pul olmayanda alacağımız şeyi də ala bilmirik.

– Belə dedilər ki, burda pulu məntəqədə dəyişmək qadağan olunub. Gərək gedib bankda dəyişəsən. Neçə banka getdik, işləmirlər.

– Ona görə pulu dükandakı qadınlara veririk, onlar dəyişib gətirirlər.

Pulu harda dəyişsinlər?

Bakıda valyutadəyişmə məntəqələri yığışdırılandan valyuta alış-verişini ancaq banklar həyata keçirir. Bu bayram günləri bank ofislərinin qarşında bankların martın 28-də işləyəcəyi ilə bağlı elanlar görmək olur. Bundan başqa, həm də böyük otellərdə valyuta dəyişdirilməsi mümkündür. Bu günlər Bakıya gələn turistlərin əksəriyyəti isə ya ev kirayə tutur, ya kiçik otellərdə qalır.

Azı üç kiçik otelin qeydiyyat şöbəsindən dedilər ki, onlarda valyutadəyişmə xidməti yoxdur.

Bakıda turist avtobusunun sürücüsü Elşən Əliyev də söyləyir ki, bu günlər xeyli sayda turist pulunu harda dəyişməklə bağlı ondan məsləhət istəyib:

“Mən də nə deyim, bank işləmir, valyutadəyişmə məntəqəsi də ləğv olunub”.

Şəhəri gəzən turistlər bəzi mağazalarda alış-verişi dollarla etdiklərini də bildirirlər:

“Olub ki, əlimdə manat olmayıb, dəyişməyə də yer tapmamşam, onda malı da dollarla almışam”.

“Mərkəzi Bank çevik addım atmalıydı”

İqtisadçı Samir Əliyevin sözlərinə görə, problemin bir səbəbi ölkədəki 9 günlük bayram günləridir. Onun fikrincə, iqtisadiyyatında problemlər yaşanan ölkədə heç vaxt bu sayda bayram günləri olmamalıdır:

Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

“Digər tərəfdən, Mərkəzi Bank bu məsələdə bir qədər çevik davranmalıydı. Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına ehtiyacı da nəzərə almalıyıq. Bunun da yollarından biri məhz turizmdir. Bayram günləri ölkəyə turist gəlir. Bu səbəbdən Mərkəzi Bank bu məsələdə çevik addım atmalıydı. Ən azı banklara tövsiyə verməliydi ki, növbətçi filiallarının sayını artırsınlar. Çünki burda söhbət turizmdən getmir, valyuta qıtlığı da yarana bilərdi. Mərkəzi Bank da, görünür, bu məsələyə bir o qədər də ciddi yanaşmayıb. Bu da ona gətirib çıxarıb ki, ən yaxşı halda, bankların bir filialı işləyir. Belə hallar gələcəkdə nəzərə alınmalıdır. Əvvəl valyutadəyişmə məntəqələri vardı. Bayram günləri banklar işləməyəndə valyuta dəyişməklə bağlı problem olmurdu. İndi həmin məntəqələr yoxdur. Ona görə bayram günləri “qara bazar”ın inkişafına da zəmin yaradır”.

Mərkəzi Bank: 15-ə yaxın filial işləyir

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev isə artıq bankların çoxunun filiallarının işlədiyini deyir. Onun fikrincə, bu səbəbdən valyuta dəyişmək istəyənlər problem yaşamamalıdır:

Gözlə

No media source currently available

0:00 0:00:11 0:00

“Bayram günlərində işləyən 15-ə yaxın filiallar var. Onlar valyuta mübadiləsi ilə də məşğuldurlar. Heç bir problem yoxdur”.

Bayram “qara bazar”a düşüb

Bu günlər metronun 28 May stansiyası və Səməd Vurğunun heykəli ətrafındakı “qara bazar”larda valyuta alveri ilə məşğul olanların sayı artıb. Özünü təqdim etməyən bir alverçi deyir ki, bayram onların işinə yarayıb:

“Banklar işləmir, adamların dolları əllərində qalıb. Bir-iki bank işləyir, onlar da günün yarısına qədər. Hamı bizə zəng vurur, bu günlər işlərimiz yaxşıdır”.

Elə iranlı turistlərdən biri də “qara bazara”a üz tutduğunu deyir:

“Bəzi bazarlar var, ora getməli oluruq. 1 dollara 1 manat 55 qəpik verirlər”.

“Xanım biləni kim bilir ki...”

Təbrizli İsfəndiyar isə həyat yoldaşının sözünə qulaq asmamağı baməzə şəkildə özünə bağışlamır:

“İranda manat alıb gəlmək olur. Bəzi dostlarımız elə edib gəlir bura. Arvad dedi, “sən də 2-3 min dəyiş, sonra get Bakıya”. Qulaq asmadım, dedim orda daha rahat olar. Nə bilim, başıma bunun gələcəyini. Ona görə deyirlər ki, “arvada qulaq as”, xanım biləni kim bilir ki...”

Buna da bax: Yerevanda aksiya zorla dağıdılıb

Yerevanda aksiya zorla dağıdılıb
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

XS
SM
MD
LG