Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:33

Dövlət Departamentindən də alqış gəldi


John Kirby
John Kirby

-

ABŞ Dövlət Departamenti hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayır. Departamentin sözçüsü John Kirby martın 28-də deyib ki, Birləşmiş Ştatlar Ali Məhkəmənin hüquqşünası şərti cəzayla azad etməsini alqışlayıb:

«Daha öncə, martın 17-də isə 10-dan çox digər məhbus buraxılmışdı. Hökuməti fundamental azadlıqlardan istifadə etdiyinə görə həbsə atılmış digər şəxsləri də buraxmağa, buraxılanların hərəkət azadlığına məhdudiyyəti qaldırmağa çağırır, Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyi səbirsizliklə gözləyirik».

Martın 28-də İntiqam Əliyevin həbsi 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb. O, 2014-cü il avqustun 8-də həbs olunmuş, qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmişdi.

XS
SM
MD
LG