Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:05

Dünya mediası Əkrəm Əylislidən yazır


Əkrəm Əylisli
Əkrəm Əylisli

-

“The Guardian” qəzetinin Kitab səhifəsi Əkrəm Əylislinin dünən kitab festivalına gedərkən hava limanında saxlanması haqda məqalə dərc edib.

Məqalədə deyilir:

“Azərbaycan yazıçısı, dörd il bundan əvvəl erməni qırğınlarından yazdığına görə kitablarının yandırıldığını görmüş, qulağının kəsiləcəyi ilə bağlı hədələnmiş Əkrəm Əylisli İtaliyaya kitab festivalına gedərkən hava limanında saxlanıb.

Ə.Əylisli 2012-ci ildə çap olunmuş, ermənilərlə azərbaycanlılar arasında 20-ci əsrin əvvəlində baş vermiş münaqişədən danışan, azərbaycanlıların erməniləri qırdığını deyən “Daş yuxular” novellasına qədər Azərbaycanda populyar yazıçı olub.

O, cümə axşamı günü (bu gün) İtaliyanın Venesiya şəhərində Incroci di Civiltà festivalında danışmalı imiş, amma erməni xəbər agentliyi Armenpress xəbər yayıb ki, onu Bakı hava limanında saxlayıblar.

“Turan” agentliyi Daxili İşlər Nazirliyinə istinadən deyir ki, Əylisli “sərhəd xidməti işçilərilə münaqişə yaratdığı üçün saxlanıb”.

“Daş yuxular”-a qədər Əylisli Azərbaycanda bir çox mükafatlara layiq görülüb. Amma bu əsər çıxandan sonra ondan Xalq Yazıçısı adı, təqaüdü alınıb, əsərləri məktəb proqramından çıxarılıb. Arvadı və oğlanları işini itirib, kitabları yandırılıb, onun qulağını kəsənə mükafat vəd edilib."

Index on Censorship jurnalının son sayı
Index on Censorship jurnalının son sayı

Əylislinin yeni hekayəsini çap edən Rachael Jolley, “Index on Censorship” dərgisinin redaktoru “Guardian”a deyib:

“Azərbaycanın öz tənqidçilərini tutmaq göstəriciləri dramaturq və romançı Əkrəm Əylislini Bakı hava limanında saxlamaqla davam etmiş olur. Ümid edirik ki, Daxili İşlər Nazirliyi bu məsələyə baxacaq və mühüm yazıçını sərbəst buraxacaq.”

Məqalədə daha sonra deyilir:

"Index on Censorship" jurnalının redaktor müavini Vicky Baker deyir ki, onun yeni əsərində "azadlıq və özünə senzura qoymaq problemini göstərmək üçün metaforlardan istifadə edilir", "əsər orijinaldır, post-Sovet kənd həyatını yumorla göstərir".

"Əkrəm Əylisli çox istedadlı yazıçıdır, xalq və dövlət tərəfindən yüksək qiymətlər alıb. O, ölkənin rəsmi tarix nağılına riayət etmədiyi üçün, hər hansı yaxşı yazıçının etməli olduğu kimi, tarixə fərqli nəzər nöqtələrindən yanaşdığı üçün cəzalandırılıb. Ölkədə onun əsərlərini çap etmək istəyən mətbuat qalmayıb, biz ona görə onun hekayəsini çap etdik, ilk dəfə ingilis dilinə çevirdik və yeni auditoriyaya təqdim etdik."

"Əylisli 2014-cü ildə bir sıra akademiklər tərəfindən "erməni soyqırımı haqda danışan ilk türk yazıçı" kimi Nobel mükafatına namizəd irəli sürülüb" - deyə "The Guardian" yazır, - “Bir çox türk yazıçıları - Nazim Hikmət və Orxan Pamuk da daxil olmaqla, soyqırım haqda həqiqəti deyiblər, amma cənab Əylisli o ağrını ilk dəfə bədii əsərdə göstərib” - Norveç Nobel Komitəsinə akademiklərin yazdığı məktubda deyilir.

XS
SM
MD
LG