Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:07

Panama şirkəti haker hücumu barədə


Panama Papers
Panama Papers

-

Panamada mənzillənən hüquq firmasının təsisçilərindən biri şirkətin xaricdən haker hücumuna məruz qaldığını bildirir.

Bu həftə «Mossack Fonseca» şirkətinin sənədləri mediaya sızıb. Şirkətdən Ramon Fonseca deyir ki, aprelin 4-də Panama müstəntiqlərinə şikayət təqdim olunub.

O, haker hücumunun Avropadan edilməsinə dair dəlilin olduğunu desə də, detalları açıqlamayıb.

Şirkətin 11 milyondan çox sənədi aprelin 3-də çoxsaylı media orqanları tərəfindən müxtəlif dillərdə dərc olunub. Bu sənədlər bir sıra indiki və keçmiş dövlət başçılarının, tanınmış şəxslərin, futbol ulduzlarının ofşor sərvətləri barədə məlumatı ortaya qoyub.

Fonseca deyir ki, şirkət cinayət törətməyib və «bu toz tufanının sonunda bunu aydın görəcəksiniz».

O, sızdırılmanı məxfiliyin pozulması adlandırıb.

XS
SM
MD
LG