Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:00

Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular


Illüstrasiya
Illüstrasiya

►Azərbaycandan maneəsiz keçənləri gürcü sərhədçiləri saxlayıb

Gürcüstana 12 kiloqram yüksək əyarlı qızıl və 131 min 954 dollar keçirmək istəyən Azərbaycan vətəndaşları Bayram Gəncəliyev və Elman Hünseynovun Qırmızı körpü Sərhəd-Buraxılış Məntəqəsində saxlandığı bildirilir.

Bu haqda Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Report-un xəbərinə görə, Bayram Gəncəliyev və Elman Hünseynov sərhədi keçərkən apardıqları pul və qızıl barədə bəyannamə yazmayıblar.

Onların qızıl külçələri və pulu avtomobilin saxlanc yerinə yerləşdirməklə Gürcüstan ərazisinə keçirmək istədikləri deyilir.

►Bunları da oxuyun:

Gürcüstanın hüquq mühafizə qurumlarının Bayram Gəncəliyevlə Elman Hüseynovu həbs etdiyi, qızıl və pulun dəlil olaraq götürüldüyü bildirilir.

Saxlanan Azərbaycan vətəndaşlarına qarşı gömrükdən malların keçirilməsi qaydalarının pozulmasına görə, cinayət işinin başlandığı söylənir.

*Youtube Kanalımıza abunə olun

Gürcüstan tərəfinin saxladığı Bayram Gəncəliyev və Elman Hüseynov Azərbaycan sərhədini maneəsiz keçə biliblər. Azərbaycan tərəfi sözügedən olayla bağlı hər hansı açıqlama verməyib.

Bayram Gəncəliyevlə Elman Hüseynov və ya vəkillərinin ittihamla bağlı nə cavab verdikləri də açıqlanmır.

Buna da bax:

XS
SM
MD
LG