Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:05

Qazaxıstanda torpaq etirazı


Atırauda etiraz.
Atırauda etiraz.

-

Aprelin 24-də Qazaxıstanın Atırau şəhərində minədək insan etiraz aksiyasına çıxıb, hökumətin torpağı hərracda satmaq qərarına etiraz edib. Bu, Qazaxıstan üçün görünməmiş etiraz aksiyası sayılır.

Əhali narahatdır ki, torpaq məcəlləsinə dəyişikliklərdən sonra torpağın xaricilərə satılmasına icazə verilər. Hökumət bunun baş verməyəcəyini bildirsə də, narahatlıq qalır.

Rəsmilər aksiyanın keçirildiyi mərkəzi meydana gəlib, etirazçılar qarşısında çıxış edib, narahatlığın əsassız olduğunu bildirib, onları dağılışmağa çağırıb.

Aksiya üçün öncədən icazə alınmamışdı. Etirazçılar dağılışmayıb, bir neçə saat meydanda qalıb. Ərazidə xeyli sayda polis və mülkigeyimlilərin olmasına baxmayaraq, zor tətbiq olunmayıb.

XS
SM
MD
LG