Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Çernobıl faciəsindən 30 il keçir


Çernobıl bu gün belə görünür
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Çernobıl bu gün belə görünür

-

Aprelin 26-da Ukrayna Çernobıl faciəsinin 30 illiyini qeyd edir. Dünyanın ən ağır mülki nüvə faciəsini anım mərasimi, müxtəlif tədbirlər keçirilir.

Səhər tezdən, faciənin başlandığı andan siqnal verilib. Partlayış anında reaktor yerləşən binanın tavanı dağılmış, radioaktiv material havaya buxarlanmışdı.

Faciədən öncə Çernobıl yaxınlığında yaşayan fəhlələrin qaldığı Slavutiç şəhərində də anım mərasimi keçirilib.

Ukrayna prezidenti Petro Poroshenko aprelin 26-da nüvə zavodu yaxınlığında tədbirə qatılacaq.

Çernobıl ətrafında radioaktivlik yüksək olaraq qalır. Zədələnmiş reaktor üzərində nəhəng örtüyün tikilməsindən ötrü 2010-cu ildən iş aparılır. Reaktorda hələ də 200 ton uranın qaldığı güman olunur.

Belə bir qorxu var ki, zədələnmiş reaktorun bir hissəsi çöksə, radioaktiv material yenə də havaya qalxa bilər.

XS
SM
MD
LG