Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:42

Senator B.Cardin Xədicə İsmayıldan danışıb


Ben Cardin
Ben Cardin

-

«Amal Clooney ilə çox məhsuldar söhbətimiz oldu. Mən onun insan haqlarına olan sevdasına və sədaqətinə heyranam».

Bunu senator Ben Cardin öz Facebook səhifəsində yazıb.

Senator qeyd edib ki, Amal Clooney ilə onun Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarını müdafiə etdiyi və hazırda Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayıl barədə söhbət ediblər.

Bundan başqa, o, qlobal Magnitsky Aktı haqda da danışdıqlarını yazıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən

yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

«Amnesty International» beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində Amal Clooney və Nani Jansen müdafiə edirlər. Onlar öz rəylərini Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediblər.

Vəkillər hesab edir ki, X.İsmayıl ölkə rəhbərliyinin korrupsiya hallarını ifşa etdiyinə görə təqiblərə məruz qalıb və həbs olunub. Əslində, jurnalistin təqib və həbs edilməsinə heç bir hüquqi əsas olmayıb.

X.İsmayıla münasibətdə Konvensiyanın 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə), 10 (ifadə azadlığı), 13 (müdafiə hüququ), 14 (diskriminasiyanın qadağan edilməsi) və 18-ci (hüququn məhdudlaşdırılması) maddələrinin pozulduğu ərizədə qeyd olunub.

XS
SM
MD
LG