Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:15

“Azərbaycana qarşı 1500-dək şikayət var”


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

►"Hər parlament seçkisindən sonra çoxlu şikayətlər gəlir. 2005-ci il seçkisindən sonra 60, 2010 seçkisindən sonra 100-ə qədər şikayət gəlib"

"Hazırda Avropa Məhkəməsinin icraatında Azərbaycana qarşı 1500-dək şikayət var. Onlardan 500-ə qədəri ermənilərin şikayətidir. Eyni zamanda, azərbaycanlıların da Ermənistana qarşı 600-dək şikayəti var".

Bunu Avropa Məhkəməsi katibliyinin hüquqşünası Vüqar Fətəliyev deyib. O, bir qrup azərbaycanlı jurnalistin ifadə azadlığı mövzusunda Avropa Şurası standartlarına dair Strasurqa təlim səfəri çərçivəsində onların suallarını cavablandırıb.

Hüquqşünas bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycandan seçki pozuntuları ilə bağlı şikayətlər çoxdur: "Hər parlament seçkisindən sonra çoxlu şikayətlər gəlir. 2005-ci il seçkisindən sonra 60, 2010 seçkisindən sonra 100-ə qədər şikayət gəlib".

Hüquqşünas deyir ki, əvvəlki dövrlə müqayisədə son illərdə Azərbaycandan göndərilən şikayətlərin hazırlanma keyfiyyəti də artıb.

"Bir çox ölkələrə baxanda, Azərbaycandan olan vəkillər daha yaxşı işləyir".

____________________________________________________________

Bunlara da bax:
İslam Partiyasının lideri edam edilib
Azərbaycanda milyonlarla insanın kasıblaşacağı gözlənir

____________________________________________________________

AZƏRBAYCAN İLK ONLUQDADIR

Vüqar Fətəliyev
Vüqar Fətəliyev

Vüqar Fətəliyevin dediyinə görə, Azərbaycan şikayətlərin sayına görə ilk onluqdadır:

"2000-ci illərin əvvəlində Avropa Şurasına bir sira ölkələr üzv oldu ki, orada insan haqlari sahəsində problemlər var".

Hüquqşünas əlavə edib ki, Avropa Məhkəməsi ictimai önəm daşıyan işlərə prioritet qaydada baxır. Azərbaycandan Xədicə İsmayıl, Anar Məmmədli, İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərovun işinə də həmin qaydada baxılıb.

"Elmar Hüseynovun qətli ilə bağlı şikayət üzrə kommunikasiya davam edir", - hüquqşünas qeyd edib.

Avropa Məhkəməsinin bu ilin yanvarında açıqladığı hesabatda Azərbaycandan məhkəməyə şikayətlərin azaldığı bildirilirdi.

Buna da bax: Qəbul imtahanında fırıldaq edən abituriyentlər belə ilişdilər

Qəbul imtahanında fırıldaq edən abituriyentlər belə ilişdilər
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

XS
SM
MD
LG