Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:22

Gənc fəallar azadlığa çıxdı


Amid Süleymanov
Amid Süleymanov

-

NİDA Hərəkatının üzvü Amid Süleymanovla fotoreportyor Elnur Muxtarlı iyunun 4-də azadlığa çıxıb. Onlara 10 sutka inzibati həbs cəzası verilmişdi.

A.Süleymanov bu haqda özünün Facebook səhifəsində yazıb.

O, həbsindən narahat olanlara təşəkkür edib.

Hər iki gənc mayın 25-də qeyri-müəyyən şəkildə saxlanmışdı. Polis onların yaşadığı mənzilə baxış keçirmişdi.

Gənc fəallara inzibati həbs cəzasının verilməsini nəzərdə tutan məhkəmə qərarı qapalı iclasda çıxarılmışdı. Valideynləri məhkəmə qərarından sahə müvəkkili vasitəsilə xəbər tutmuşdular.

Bundan əvvəl - mayın 10-da isə başqa gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov həbs edilmişdilər. Onlara qarşı narkotik ittihamı irəli sürülsə də, vəkilləri gənclərin Heydər Əliyevin heykəlinə şüar yazıldığına görə tutulduqlarını deyirlər.

Elnur Muxtarla Amid Süleymanovun da həmin «heykəl işi»nə görə saxlandıqları bildirilirdi.

XS
SM
MD
LG