Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:13

'Son deyil, ardı mütləq gələcək'


ZaminBank
ZaminBank

Bu qərarı heç Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP-nin) Direktorlar Şurasının sədri Rüfət Aslanlı da gözləmirdi. O, mayın 3-də mediaya açıqlamasında demişdi ki, hər hansı bankın lisenziyasının alınması məsələsinə baxılmır. Ancaq iyulun 21-də 4 bankın bağlanması xəbəri gəldi.

MBNP Direktorlar Şurasının qərarı ilə «Dekabank», «Kredobank», «Parabank» və «Zaminbank»ın bank lisenziyaları ləğv edildi. Görünür, maydan bəri banklarda aparılan yoxlamalar durumun çox gərgin olduğunu üzə çıxarıb.

LİSENZİYALAR NİYƏ GERİ ALINIB?

Palata bildirir ki, aktivlərini qanunvericiliyə uyğun təsnifləşdirmədiklərinə və mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına görə sözügedən banklar bağlanıb. MBNP təhrif olunmuş hesabat təqdimini, bütövlükdə cari fəaliyyətin etibarlı qaydada yönəldilməməsini, nəzarət qurumunun yazılı göstərişlərinin yerinə yetirilməməsini də lisenziyaların geri alınmasına əsas sayıb.

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, bank sisteminin «çökməsi» bank sahibləri və menecerlərin acgözlük, əliəyrilik və qeyri-peşəkarlığından qaynaqlanır: «Bu, onlara indiyədək nəzarət etmiş Mərkəzi Bankın (MB-nin) öz səlahiyyətlərini bərbad şəkildə icra etməsinin də nəticəsidir. Dərc etdiyim reytinqlərə nəzər yetirsəz, görərsiniz ki, bu, son deyil, ardı mütləq gələcək».

İlham Əliyev: "Banklar vətəndaşları aldadır"

İlham Əliyev:"Banklar vətəndaşları aldadır"
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

«BANKLARI BU HALA SALANLAR, YOXSA YALNIZ CAHANGİR HACIYEV...»

Ekspertin qənaətincə, indi əsas məsələ bankları bu hala salanların məsuliyyətə cəlb edilib-edilməyəcəyi, yoxsa bütün problemlərin yalnız Cahangir Hacıyevin çiyinlərinə yüklənəcəyi məsələsidir: «Həftə başlarkən, bununla bağlı yeni yaradılmış Maliyyə Sabitliyi Şurası üzvlərinə də müraciət göndərmişəm».

Ekspert deyir ki, sığorta fondunun sığortalanmış əmanətləri qaytarmağa vəsaiti yoxdur: «Deyilənə görə, bağlanan bu 4 bankda 140 milyon manat sığortalanmış əmanət var. Deməli, Əmanətlərin Sığortalanması Fondu həmin əmanətləri qaytarmalıdır. Amma fondun pulu yoxdur artıq. Haradan qaytaracaq? Yenə MB-dən kredit götürəcək və baş bankın vəsaiti əriməkdə davam edəcək. Onu da deyim ki, bu banklarda sığortalanmayan əmanət də az deyildi -əsasən, yüksək faiz dərəcəsi ilə cəlb olunanlar. Onlar batdı! Sahibkarların da bu banklardakı pulu batdı! Vətəndaş bir neçə min manat borca görə, az qala, çarmıxa çəkilir, amma bank sahiblərinin və menecerlərinin mənimsədiyi pula görə heç kəs cavab vermir. Deməli, bankın pulu bata bilməz, amma bankda pul bata bilər?».

«BANK SAHİBLƏRİNƏ SƏRF EDİR BU QƏRAR»

Ə.Həsənov eyni problemləri yaşayan digər bankların nədən bağlanmadığını soruşur və sözlərinə davam edir: «Bankların bağlanma səbəbləri ilə razıyam. Amma dediyim kimi, digərlərində də belə problemlər var. Məsələn, «VTB»də, «Nikoyl»da. Bankların problemli krediti çoxdur. Onların sahib və menecerləri, əsasən, bilərəkdən edib bunu. Pul çatışmadığından, kapital tələbləri pozulur, ehtiyatlar tələb olunandan az yaradılır. Prinsipcə, bank sahiblərinə sərf edir bu qərar. Pulu götürüb aradan çıxırlar, əslində».

Banklardan krediti dollarla götürənlər nə etsin?

Banklardan krediti dollarla götürənlər nə etsin?
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

«MƏSƏLƏ O QƏDƏR DƏ SADƏ DEYİL»

Maliyyə bazarları eksperti Cəfər İbrahimli iqtisadiyyatdan ötrü daha böyük önəm daşıyan 100-lərlə şirkətin bank vəsaitlərinin ödənməyəcəyinə diqqət çəkir: «Bu vəziyyətin şirkətlərin mali durumuna və likvidliyinə ciddi təsir göstərəcəyini nəzərə alsaq, məsələ o qədər də sadə deyil».

«BAĞLANAN SONUNCU BANK DEYİLLƏR»

İqtisadiyyat eksperti Vüqar Bayramov qərarı gözlənilməz saymır: «Hələ ötən ilin sonunda qapanan bankların sayca artacağını bildirmişdim. Bunlar da bağlanan sonuncu banklar olmayacaqlar. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən, amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil».

Ekspert əmanətçilərin halal pulunu qaytara bilməyən banklara diqqət çəkir: «Təəssüf ki, Palata onların lisenziyasının ləğv edilməsi barədə qərar vermir. Nəticədə sığorta olayı baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində, belə bankların da lisenziyasının geri alınmasına və əmanətlərin tam şəkildə fond tərəfindən ödənilməsinə ciddi ehtiyac var».

XS
SM
MD
LG