Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

'Paşa Development' - 300 milyona nə qaldı…


►«Paşa Development sərmayə planlarını genişləndirir

«Paşa Development»in - ölkənin ən iri holdinqinə daxil olan bu 4 yaşlı şirkətin öz kapitalını 2 milyon manat artırmasına haqqında mediada yayılan xəbərdən cəmi 10 gün ötüb. Amma şirkət yerində saymayaraq, bugünlərdə səhmdarından daha 3 milyon manat sərmayə cəlb edib.

Sərmayənin nəyə yönələcəyinə dair AzadlıqRadiosunun sualına, şirkət müdiriyyətinin məzuniyyətdə olduğunu əsas gətirərək, holdinqdə cavab verməyiblər.

Azərbaycandan başqa Gürcüstan, Monteneqro və çox güman, digər ölkələrdə də daşınmaz əmlaka sərmayə yatıran «Paşa Development» MMC-nin nizamnamə kapitalı 296 milyon 273 min 905 manatdır.

Gürcüstanda beşulduzlu otel tikiləcək, Monteneqroda...

Tbilisidə beşulduzlu otel tikmək istəyən şirkət torpaq və köhnə tikilini özəlləşdirmək üçün Gürcüstan hökumətinə 3 milyon 550 min ABŞ dolları ödəyib. Monteneqroda inşa olunan lüks kateqoriyalı turizm kompleksinin mülkiyyətçisi olan «Azerbaijan Global Investments» MMC-nin 35 faiz səhmi də «Paşa Development»ə məxsusdur:

«Şirkət, onun tabeçiliyində olan və birgə fəaliyyət göstərdiyi müəssisələrlə daşınmaz əmlakın əldə edilməsi, idarə olunması və inkişafı sahəsində fəaliyyət göstərir». «Paşa Holding» MMC-nin korporativ saytında «Paşa Development» belə tərif edilir. Amma şirkətin sahibi olduğu və idarə etdiyi əmlak barədə məlumat verilmir.

2012-ci ildə 16 milyon manat kapitalla yaradılan «Paşa Development» MMC-nin bütün payları «Paşa Holding» MMC-yə məxsusdur.

Buna da bax: Arzu Əliyevanın bankı ziyana düşüb

XS
SM
MD
LG