Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 02:57

Mehman Hüseynov: 'Əminiydilər ki, villanı çəkməmişəm'


Mehman Hüseynov. “Sancaq production” səhifəsi (Facebook)
Mehman Hüseynov. “Sancaq production” səhifəsi (Facebook)

►Bloqqer Mehman Hüseynov: “Dedilər, deputat axunda tapşırıb ki, məsciddə azan verilməsini istəmir”

“Facebook” sosial şəbəkəsində “Sancaq production” səhifəsinin idarəçisi, bloqqer Mehman Hüseynov avqustun 11-də bir video paylaşıb.

*Youtube Kanalımıza abunə ol - Hər gün yeni videolar izlə, xəbərin olsun

Həmin videoda hasarlanmış böyük bir ərazidə villa görünür. Müəllif bu villanın Şabranda yerləşdiyini və onun bu rayondan seçilmiş deputat Tahir Süleymanova məxsus olduğunu iddia edir.

Mehman Hüseynov çəkiliş zamanı sual edir: “1500 manat maaş alan deputat bu villanı necə tikdirib?” Az sonra mülkigeyimli bir şəxs ona yaxınlaşır. Davamını özündən eşidək:

Mehman Hüseynov: “Əminiydilər ki, villanı çəkməmişəm”
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00
Direct-ə keçid

– Çəkiliş zamanı “Jeep” avtomobildə bir şəxs yaxınlaşdı və özünü deputatın qardaşıoğlu kimi təqdim etdi. Məni deputatla nahara dəvət etdi və mən də etiraz etmədən onunla yola düşdüm. Məni apardılar restorana və məlum oldu ki, restoran da Tahir Süleymanova məxsusdur. Az sonra daha bir nəfər gəldi və bu şəxs özünü deputatın qardaşı, həm də sözügedən villanın sahibi kimi təqdim etdi. Bizimlə şirin dillə danışaraq soruşdular: “Necə edək ki, bu video yayılmasın? Orda olan kadrları necə pozaq? Biz sizə nə təklif edə bilərik...” Mən də cavab verdim ki, villanı çəkməmişəm, bu il multikulturalizm ili olduğundan yaxınlıqdakı məscidi çəkmişəm. Mən kadrları xilas etməkdən ötrü belə dedim. Az sonra polislər gəldi və evin sahibi Tahir Süleymanovun onun mülkünü icazəsiz çəkdiyimdən şikayət etdiyini bildirdilər. Məni birbaşa polisə apardılar. Yenidən sorğu-sual başladı ki, “niyə evi çəkmisiz, kim sizi göndərib” və s. Cavab verdim ki, “turist kimi gəlmişəm və baxımsız məscidi görəndə onu çəkmək istədim”.

– Bəs kadrlara baxdılarmı?

– Tələb etdilər, mən də göstərdim, artıq mən bəzi görüntüləri gizlədə bilmişdim. İzahat yazmalı oldum. Orda da yazdım ki, villanın kimə aid olduğunu bilmirəm, məscidi çəkmişəm. Bildirdilər ki, rayonu tərk etməliyəm. Mən məscidin qarşısında son kadrı da çəkib rayondan çıxdım.

Buna da bax: 'Villa işi'ndə cəza istənildi

– Video yayılandan sonra sizə təzyiq olubmu və ya kimsə zəng edərək təhdid edibmi?

– Gün ərzində zənglər gəlib, amma cavab verməmişəm. Belə isə mənə, hələlik, təzyiq filan olmayıb. Amma deputatın qardaşı da, polis rəisi də əminiydilər ki, villanı çəkməmişəm. Ona görə də məni buraxdılar.

– Siz əvvəllər də bu cür çəkilişlər etmisiz?

– Dəfələrlə məmur villalarını çəkmişəm. Elə 10 gün əvvəl Fatmayıda çəkiliş etmişdim, orda hansısa məmur dəniz qırağını hasarlayıb. Amma deputat villasını ilk dəfədir çəkirdim. Azərbaycandaazad televiziya olmadığından mən bu cür çəkilişlər edib ölkədə baş verənləri çatdırmaq istəyirəm.

– Niyə məhz deputat Tahir Süleymanovun villasını çəkdiniz?

– Mən həm də bloqqerəm. Dəfələrlə mənə Şabrandan deyiblər ki, məsciddən azan səsi gəlmir, rayondan seçilən deputat burda özbaşınalıq edir, at oynadır. Mənə dedilər ki, deputat axunda tapşırıb ki, məsciddə azan verilməsini istəmir, çünki səhər yatanda səs onu narahat edir. Mən onu da öyrəndim ki, deputat un inhisarçısıdır və çörəyin bahalanmasında onun da əməyi var. Ona görə də Tahir Süleymanovun villasını çəkmək istədim.

P.S. Azadlıq Radiosu deputat Tahir Süleymanovun da sözügedən məsələ ilə bağlı fikirlərinə yer ayırmağa hazırdır.

XS
SM
MD
LG