Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:41

Rusiyalı milyarder Azərbaycana 120 milyonluq sərmayə qoyur?


Fərhad Əhmədov
Fərhad Əhmədov

«Forbes» dərgisinin sıralamasında rusiyalı 200 milyarder arasında 1,4 milyard dollarlıq sərvəti ilə 51-ci yeri tutan iş adamı Fərhad Əhmədov Azərbaycandakı sərmayələrini artırır. Sentyabrın 17-də ona məxsus «AzNar» Qapalı Səhmdar Cəmiyyəti (Teymur Əhmədovun adını daşıyır) səhmlərinin nominal qiymətini 5 dəfə artırmaq barədə qərarını açıqlayıb.

Beləcə, nizamnamə kapitalını 120 milyon manat artıraraq, 150 milyon manata çatdıran şirkət sərmayə planlarını açıqlanır.

Buna da bax:​ Prezident: 'Xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq'

Səhmdarların pul tapmasına bir ay vaxt verilir

«Forbes» dərgisinin sıralamasında rusiyalı 200 milyarder arasında 1,4 milyard dollarlıq sərvəti ilə 51-ci yeri tutan iş adamı Fərhad Əhmədov da var.

Bu il iyunun 30-da kapital artımı barədə verilən qərar dövlət orqanında (Vergilər Nazirliyi) qeydə alınmayıb. Yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızların dövlət reyestrini açıqlamadığından, səhmlərin nominal dəyərinin artırılması faktının təsdiq olunub-olunmadığı məlum deyil. Səhmdarların qərarında yazılır ki, onlar pul ödənişlərini dövlət qurumları onu təsdiqlədikdən sonra bir ay müddətində icra etməlidirlər.

Atasının zavodunu aldı, artırdı

Teymur Əhmədov adına «AzNar» QSC səhmlərinin 99,94 faizi Fərhad Əhmədova məxsusdur. O, bir vaxtlar atasının direktor çalışdığı Göyçay konserv zavodu üzərində nəzarəti 2006-cı ildə əldə edib. Səhmlərin qalan hissəsi 26 fiziki şəxsə və «Baku Kaspian Land Limited» MMC-yə aiddir. Qeyd olunan şirkət də F. Əhmədovundur.

Buna da bax:​ Manatla da hesablasan, Azərbaycana xarici sərmayə azalır

Sentyabrın 17-də ona məxsus «AzNar» Qapalı Səhmdar Cəmiyyəti (Teymur Əhmədovun adını daşıyır) səhmlərinin nominal qiymətini 5 dəfə artırmaq barədə qərarını açıqlayıb.

Teymur Əhmədov adına «AzNar» QSC-nin mülkiyyətində Göyçaydakı başqa bir şirkətin – «Az-Nar» QSC-nin 99,67 faizlik səhm zərfi də var.

Qrup «Aznaraqro» MMC və «Baku Azerbaycan İnvestmenst Limited» MMC-yə də nəzarət edir.

3 ildir zərərdədir

«AzNar» son bir neçə ildə Göyçay rayonunda 2 min hektar sahədə nar bağları salıb.

T. Əhmədov ad. «AzNar» QSC Göyçayda «Grante» markasıyla nar və digər meyvə şirələri istehsal edir. Şirkət 2012-2014-cü illəri zərərlə başa vurub. Bu dövrdə zərərlər 2 dəfə artaraq 12,5 milyon manata çatıb. Qurumun illik hesabatlarında belə deyilir.

Buna da bax:​ Putin:"Rusiya Azərbaycan mallarının idxalında liderdir"

Şirkətin korporativ saytında o da qeyd olunub ki, «AzNar» son bir neçə ildə Göyçay rayonunda 2 min hektar sahədə nar bağları salıb.

Statistika azalma qeydə alır

Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, Göyçayda 2014-cü ildə 10 milyon manatlıq içki istehsalı ötən il təxminən 2013-cü il səviyyəsinə - 5,7 milyon manata düşüb. DSK-nın açıqlamasına görə, ötən il bu rayonda 1 milyon 159 litr meyvə şirəsi (azalma – 5,6 faiz) buraxılıb.

Dövlət Gömrük Komitəsinin hesabatlarında Azərbaycanda istehsal olunan nar şirəsinin xarici bazara (ABŞ, Kanada, Yeni Zelandiya, Polşa, Çexiya və s.) çox ucuz - 1 litri orta hesabla 1 ABŞ dollarına göndərildiyi bildirilir.

XS
SM
MD
LG