Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:54

STP: 'İndi zorun qalib gəldiyi ən çətin dövrdür'


Sivil Toplum Platforması
Sivil Toplum Platforması

“Bir neçə aydır ki, ölkədə bütün ictimai münasibətlər sistemini zədələməkdə olan yeni basqı dalğası başlayıb. Əsas insan hüquq və azadlıqlarını, hakimiyyəti tənqid edən insanları hədəf alan belə basqılar daxili ictimai-siyasi durumu və beynəlxalq münasibətləri ciddi şəkildə gərginləşdirir”.

Sivil Toplum Platformasının (STP) ölkədə mövcud olan son siyasi durumla bağlı mövqe sənədində belə qeyd edilir. Sənəd sentyabrın 21-də yayılıb.

Buna da bax:​ 'Sivil Toplum' 'Dialoq Platforması'nı hökumətyönlü adlandırdı

Hazırkı siyasi mühiti “zorun qalib gəldiyi ən çətin dövr” kimi xarakterizə edən müəlliflər basqıların mütəşəkkil xarakter daşımağa başlamasına təəssüf edir. Beynəlxalq qurumların siyasi məhbus sayılan şəxslərə azadlıq istəməsinə baxmayaraq, həbs və təzyiqlərin artdığını bildirirlər. Sənəddə məhkəmələrin müstəqil olmaması xüsusi vurğulanır.

“Qanuna, hüquqa məhəl qoymayan məhkəmələr siyasi sifarişlərin icraçısı funksiyasını yerinə yetirməkdədir. Məhkəmə müstəqilliyi ciddi təhlükə altındadır. Hakimlər qanuna və hüquqa məhəl qoymadan siyasi sifarişlə insan azadlığını məhdudlaşdırırlar”.

Müəlliflər sentyabrın 26-na təyin olunan referenduma etiraz edən siyasi qüvvələrə qarşı total təzyiqlər başladığını, bu prosesdə rəsmi iştiraka və təşviqata imkan verilmədiyini vurğulayırlar.

Buna da bax:​ Gənc 'gülençi' ittihamını gülüşlə qarşıladı

Sivil Toplum Platforması vətəndaş cəmiyyəti fəallarının, tanınmış hüquqçu və jurnalistlərin bir araya gəldiyi birlikdir.

“Qondarma “Gülençi işi” üzrə Azərbaycan xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinə qarşı həbslər və cinayət işlərinin aparılması, vaxtaşırı “Azadlıq” qəzetinin çapına süni əngəllərin yaradılması, REAL və NİDA üzvlərinin həbsi sistemli siyasətdir”, sənəddə deyilir.

Son olaraq müəlliflər hakimiyyətə demokratik inkişafın əsas elementlərindən olan media və ifadə azadlığını təmin etmək, vətəndaşların təməl azadlıqlarına hörmət göstərilməsini istəyiblər.

Sivil Toplum Platforması vətəndaş cəmiyyəti fəallarının, tanınmış hüquqçu və jurnalistlərin bir araya gəldiyi birlikdir.

Buna da bax:​ STP hökuməti məhdudiyyətlərə son qoymağa çağırır

Azərbaycanda hakimiyyət rəsmiləri isə media və ifadə azadlığına basqıların olması ilə bağlı fikirləri qəbul etmirlər. Üstəlik, onlar hesab edirlər ki, Azərbaycanda siyasi məhbus yoxdur. Hakimiyyət rəsmilərinin fikrincə həmin şəxslər siyasi mülahizələrə görə yox məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Sentyabrın 26-da Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG