Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 01:40

Prezidentdən ailə biznesinə dəstək fərmanı


İlham Əliyev
İlham Əliyev

ASAN Xidmətin tabeliyində Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri publik hüquqi şəxsi yaradılacaq.

Prezident İlham Əliyev sentyabrın 23-də bununla bağlı sərəncam imzalayıb.

Fərmana görə, ABAD mərkəzlərinin yaradılması ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək vermək məqsədi daşıyır. Mərkəz ailə biznesinə maliyyə, təşkilati dəstək verməli, onların istehsal etdiyi məhsulların standartlaşdırılması, biznes-planların hazırlanması, brendinq və hüquqi yardım xidmətləri göstərməlidir.

Buna da bax:​ «E-hökumət»ə tenderlər, benefisiarlar... daxil ediləcək

Fərmanda mərkəzlərin yaradılmasından ötrü ASAN Xidmətə 1 milyon manat ayrılması nəzərdə tutulur.

Yaradılması nəzərdə tutulan ABAD mərkəzləri bir sıra fəaliyyətləri həyata keçirməlidir.

İlk növbədə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədilə fond yaradılmalıdır.

Buna da bax:​ «ASAN xidmət»də yenilik

Üstəlik, istehsal olunan məhsulun sertifikatlaşdırılması sadələşdirilmiş qaydada «bir pəncərə» prinsipi əsasında təşkil edilməlidir

Ən nəhayət, istehsal olunan məhsulun daşınması və satışı təşkil edilməlidir.

XS
SM
MD
LG