Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:50

Böhran prezidentin ehtiyat fondunu da 'vurub'


Foto illüstrasiya
Foto illüstrasiya

Gələn ilin büdcəsində ixtisarlar ehtiyat fondlarından yan keçməyib. Cəmi büdcə xərclərinin bu ilə nisbətən gələn il 1,5 milyard manat az planlaşdırılması ehtiyat fondlarına da təsir edib.

Layihəyə görə, 2017-ci ildə ehtiyat fondlarına 300 milyon manat ayrılacaq. Bu da bu illə müqayisədə 113 milyon manat azdır.

Bu xərcdə ümumi azalma Azərbaycan Respublikası prezidentinin ehtiyat fonduna daha çox təsir göstərib. Nəticədə azalan 113 milyon manatın 85 milyon manatı və ya 75,2 faizi prezidentin ehtiyat fondunun ixtisarı hesabına baş verib. Beləliklə prezidentin ehtiyat fondu 200 milyon manat müəyyənləşdirilib.

Buna da bax:​ 10 ilin ən aşağı müdafiə büdcəsi

“Büdcə sistemi haqqında” qanununa görə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 15.9, xərcləri 16.6 milyard manat proqnozlaşdırılır.

Bu il isə dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 min manat məbləğində təsdiq edilmişdi.

XS
SM
MD
LG