Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

Azərbaycanda hər şey bahalaşıb


Bazar
Bazar

Azərbaycanda, demək olar ki, əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabrında istehlak məhsullarının və xidmətlərin qiymətləri avqust ayına nisbətən 2.3 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin uyğun dövrünə nisbətən isə 11.2 faiz bahalaşıb.

Ümumiyyətlə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymət indeksləri aşağıdakı kimidir.

2016-cı ilin yanvar-sentyabrı 2015-ci ilin yanvar-sentyabrına nisbətən, faizlə:

- Çörək məmulatları və yarmalar – 16.6

- Ət məhsulları – 5.1

- Balıq məhsulları – 12.5

- Süd məhsulları, pendir və yumurta – 11.2

- Yağ və piylər – 25.1

- Meyvələr - 9.2

- Tərəvəzlər – 2.5

- Qənd, cem, bal, şokolad və konfetlər – 18.6

- Digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları – 21.8

- Qəhvə, çay, kakao – 29.4

- Mineral sular, sərinləşdirici içkilər və şirələr – 25.2

- Araq, brendi (konyak) – 15.2

- Tütün məmulatları – 56.7

«QİYMƏT ARTIMININ YENİ MƏRHƏLƏSİ BAŞLAYIR»

İqtisadçı-ekspert Qubad İbadoğlu xəbərdarlıq edir ki, qiymətlərin artmasının yeni mərhələsi başlayır: «Qeyri-sabit və yağıntılı hava şəraiti kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışının gerçəkləşdirilməsində çətinliklər yaradır. Nəticədə meyvə və tərəvəzin topdan və pərakəndə satış qiymətləri əhəmiyyətli dərəcədə bahalaşmaqdadır».

İqtisadçı əlavə edir ki, bahalaşan mallar arasında yüksək qiymət artımları özəlliklə bostan və tərəvəz məhsullarında özünü göstərir. Konkret olaraq, pomidor, xiyar, badımcan, göy lobya, kartof, kök, çuğundur, sarımsaq, eləcə də göyərti, meyvələrdən isə üzüm, armud, naringi, şaftalı da bahalanmaqdadır.

«Son günlər fəallaşan mövsümi amillər istehlak qiymətləri indeksinə artırıcı təsir göstərərək, bu il üçün xarakterik ikirəqəmli inflyasiyanı geridönməz edir», – deyə ekspert bildirir.

XS
SM
MD
LG