Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:20

Heydər Əliyev 'ərazi güzəştinə hazır imiş'


Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın görüşü 2001-ci ildə ABŞ-da - Key West-də baş tutmuşdu: ABŞ-ın dövlət katibi Kolin Pauelin vasitəçiliyi ilə.
Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryanın görüşü 2001-ci ildə ABŞ-da - Key West-də baş tutmuşdu: ABŞ-ın dövlət katibi Kolin Pauelin vasitəçiliyi ilə.

“Keçmiş Azərbaycan prezidenti Heydər Əliyev ərazi güzəştinə hazır idi”.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, bunu Rusiya xarici kəşfiyyat idarəsinin keçmiş rəhbəri, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov deyib.

Trubnikov həmçinin 2000-2004-cü illərdə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri olub.

“4 il ərzində Dağlıq-Qarabağ və Dnestryanı regiondakı problemlərin həlliylə məşğul olan ATƏT-in Minsk qrupunun iştirakçısı olmuşam. Bu çox da sadə deyildi. Amma Qarabağ məsələsində vəziyyət çox müsbət idi. Rəhmətlik Heydər Əliyevlə və Robert Koçaryan (keçmiş ermənistan prezidenti) , həmçinin Dağlıq Qarabağ rəhbərliyi hər şeyi çox düzgün qəbul edirdilər”, deyə Trubnikov bildirib.

Keçmiş həmsədr deyir ki, münaqişə tərəfləri 15 il əvvəl həll varinatı hazırlamışdılar, amma Əliyevin ətrafının razılaşmamasına görə baş tutmadı.

“2000-ci ilin aprelində ABŞ-ın Ki-Vest şəhərində görüş oldu. Formula tapdıq: Beynəlxalq Valyuta Fondunun vəsaiti hesabına Azərbaycandan cənuba və Ermənistandan Xankəndinə dəhliz təmin etmək olardı. Heydər Əliyev əvvəlcə heç kimlə bölüşmədi, amma sonra yaxın həmkarlarına danışanda onlar dik qalxdılar: Biz ərazimizin bir parçasını neçə verə bilərik? ”-deyə Trubnikov bildirib.

Rusiya - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Koçaryan.
Rusiya - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Robert Koçaryan.

Yeri gəlmişkən, AzadlıqRadiosunun Ermənistan xidməti ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyanın yazılarından belə bir məqamı xatırladır: “Əliyevin atası oğlunu Qarabağ problemindən qurtarmaq və ona mümkün müharibə təhlükəsindən azad ölkə qoyub getmək istəyirdi. Əliyev belə bir kompleksli qərarı Naxçıvanla maneəsiz dəhliz yaradılması əvəzində, Dağlıq Qarabağı Laçın dəhlizi ilə birlikdə Ermənistana verməkdə görürdü. Ki-Vestdə buna razılıq verən Heydər Əliyev Bakıya dönəndə bu razılaşmadan imtina elədi və proses dalana dirəndi”, Vardan Oskanyan deyir.

Keçmiş həmsədr Vyaçeslav Trubnikovun sözlərinə görə, planda sülh əldə olunduqdan sonra münaqişə zonasına MDB-dən sülhməramlı qüvvələr göndərilməsi nəzərdə tutulurdu.

XS
SM
MD
LG