Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Heydər Əliyevin heykəlinə görə narkotik ittihamı


Human Rights Watch-un Cənubi Qafqaz direktoru Giorgi Gogia
Human Rights Watch-un Cənubi Qafqaz direktoru Giorgi Gogia

Human Right Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia 22 yaşlı azərbaycanlı fəal Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsindən yazıb.

Gogia yazır ki, İbrahimov keçmiş prezidentin heykəlinin postamentinə qraffiti yazdığına görə həbs edilsə də, ciddi narkotik maddə ittihamı ilə məhkum ediilib.

Human Right Watch təşkilatının Cənubi Qafqaz direktoru bunu da qeyd edir ki, İbrahimov ona qarşı irəli sürülmüş ittihamları polis işgəncələri alında etiraf edib.

“Bu Azərbaycanın gənc fəalları qorxutmasının və bunu başqalarına da görk etməsinin nümunələrindən biridir” – yazır Gogia.

Məqalədə deyilir ki, polis İbrahimovu və onunla birlikdə Heydər Əliyevin abidəsinə qraffiti yazdığına görə həbs olunmuş 21 yaşlı Bayram Məmmədovu kamera qarşısında üzr istəməyə məcbur etməyə çalışırdı. Bunun müqabilində onlara azad olunacaqları vəd edilmişdi.

Bir ildə 20 eyni ssenarili həbs və mühakimə

Giorgi Gogia yazır ki, onlar bundan imtina etdikdən sonra polis onları şalvarlarını çıxarmağa məcbur etmiş və butılka və dəyənəklə zorlanacaqları ilə təhdid etmişdi.

Human Rights Watch təkcə 2016-cı ildə Azərbaycanda eyni dəst-xətli 20 həbs və mühakiməni sənədləşdirib

Gogia qeyd edir ki, polis onlara etiraf ərizələrini belə bir təzyiq altında yazdırıb, lakin onlar məhkəmə dinləməsində verdikləri ifadəni geri götürmüş və hüquq-mühafizə orqanlarında fiziki zora məruz qaldıqlarını elan etmişdilər.

Gogia daha sonra yazır ki, gənclərin işgəncəyə məruz qalmalarına dair şikayətləri əsasında heç bir təhqiqat aparılmayıb.

Məqalədə deyilir ki, İbrahimovun məhkum edilməsi üçün Azərbaycan hakimiyyətinin ənənəvi üslübundan istifadə edilib. Ona qarşı siyasi motivli saxta ittihamlar qondarılıb.

Gogia yazır ki, Human Rights Watch təkcə 2016-cı ildə Azərbaycanda eyni dəst-xətli 20 həbs və mühakiməni sənədləşdirib.

Məqalənin sonunda Human Right Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogia hakimiyyətdən İbrahimovun dərhal və qeyd-şərtsiz azad olunmasını və tənqidçilərin məhbəsə atılması üçün saxta ittihamlar praktikasını dayandırmasını tələb edir.

XS
SM
MD
LG