Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 17:54

Ekspert: 'Gələn ilə çox qənaətcil büdcə gözlənilir'


"Pensiya". Karikatura. Rəssam Sergey Elkin
"Pensiya". Karikatura. Rəssam Sergey Elkin

“Büdcə gəlsin ki, görək içində nə var, nə yox?”

“Mənə qalsa, deyərəm ki, büdcəni necə doldurmaq lazımdır, haradan nə götürmək lazımdır. Amma bu mənim ixtiyarımda olan məsələ deyil, dövlətin öz resursları var, büdcəni də ona görə müəyyən edirlər”. Millət vəkili Fazil Mustafa AzadlıqRadiosu-nun gələn ilin büdcəsi ilə bağlı sualını cavablandırarkən deyir. Maliyyə nazirliyi 2017-ci ilin büdcəsini açıqlasa da, hələ büdcə qanunu layihəsi millət vəkillərinə paylanmayıb.

Fazil Mustafa da deyir ki, layihəni görmədiklərindən gözləntilərini açıqlamaq istəmir: “Böhran şəraitində bilmirik, axı, hökumət hansı xərcləri təklif edir”.

Milli Məclisin üzvü Şəmsəddin Hacıyev də büdcə layihəsini görmədiyindən fikrini bölüşmək istəmir: “Əlimdə bir sənəd yoxdur, olsun, ondan sonra danışaq, fikirlərimi də onda deyəcəm”.

Buna da bax:​ Gələn ilin dövlət büdcəsinin fərqlənməyən bir özəlliyi var...

Parlamentin iqtisadiyyat komitəsinin üzvü Vahid Əhmədov da büdcə layihəsini görməmiş danışmaq istəmir: “Maliyyə Nazirliyinin açıqladığı sənəd ümumi rəqəmlərdir, layihə komitəyə daxil olmamış bir şey demək çətindir”.

“Əsas fikir qeyri-neft sektorunun inkişafı olmalıdır”

Vahid Əhmədov əlavə edir ki, gələn ilin büdcəsində neftin 1 barrelinin 40 dollardan götürülməsini məqbul sayır.

Vahid Əhmədov: 'Gələn ilin büdcəsində neftin 1 barrelinin 40 dollardan götürülməsi məqbuldur'
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00
Direct-ə keçid

Neft gəlirləri, qeyri-neft sektorundan daxilolmalar azaldığından gələn ilin büdcəsinin gəlir və xərclərinin 2016-cı illə müqayisədə müəyyən qədər azalacağını deyən millət vəkili gözləyir ki, büdcə xərclərində əsas vurğu qeyri-neft sektorunun inkişafına yönələcək. V. Əhmədov deyir ki, Bakı-Qars dəmiryolu və TANAP, TAP layihələrinin maliyyələşməsi davam etməlidir. Onun fikrincə, əsas diqqəti qeyri-neft sektoruna yönəltmək, bu sektorun inkişafından ötrü daxili imkanlardan, xarici sərmayədən yararlanmaq gərəkdir.

Buna da bax:​ 10 ilin ən aşağı müdafiə büdcəsi

Milli Məclis üzvünün, hələ ki, büdcə layihəsinə konkret təklifləri yoxdur, deyir, gərək layihəyə baxsın ki, hansı sosial proqramların nəzərdə tutulduğunu, hansı sahələrə, işlərə investisiya xərcləri planlaşdırıldığını bilsin: “Cənab prezidentin göstərişi var ki, sosial layihələrə toxunulmasın, sosial layihələr bu il səviyyəsində, hətta ondan da əlavə gerçəkləşsin. İndi görək, maaşlar, pensiyalar, müavinətlərlə bağlı problemlər öz həllini necə tapıb. Suallar çoxdur, büdcə layihəsi daxil olanda görəcəyik durumu”.

«“Sair xərclər” maddəsində, Prezidentin Ehtiyat Fondunda xərclər elə də azalmayıb»

Milli Büdcə Qrupunun eksperti, iqtisadçı Azər Mehdiyev daha çox qənaətcil büdcə gözləyir. Ancaq Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında gəldiyi qənaət budur ki, bəzi sahələrdə xərclər ciddi azaldılsa da, xərclənmə təyinatı qeyri-müəyyən və daha az şəffaf olan “sair xərclər”, “digər xərclər” maddələrinə elə də əl gəzdirilməyib. “Sərt tiyəli qayçı görməyən” maddələrdən biri də Prezidentin Ehtiyat Fondudur, ekspert hesab edir.

Azər Mehdiyev: 'Büdcə planlaşdırılması metodu hələ də sovet dövründən qalıb'
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid

Azər Mehdiyev düşünür ki, gələn ilin büdcəsində əmək haqları, pensiyalar, müavinətlər inflyasiyanı qarşılayacaq səviyyədə olmalıdır: “Gələn ilin büdcəsi ilə bağlı təqdim olunan paketdə hökumətin danışdığı iqtisadi islahatların istiqamətləri bəlli deyil. Məsələn, hökumət, icbari tibbi sığortadan danışırdı, amma hələ ki, büdcənin ilkin sənədində bunun necə əks olunduğunu görmürük”.

Buna da bax:​ Büdcə gəlirlərinin yarısı neft puludur

“Büdcə planlaşdırılması metodu sovet dövründən qalmadır”

İqtisadçı hesab edir ki, büdcə planlaşdırılması metodu hələ də sovet dövründən qalıb, dünya standartları ilə ayaqlaşmır. Müsahibimiz nəticəyə yönəlik planlaşdırmanı nəzərdə tutur: “Hər bir büdcə təşkilatı öz hədəflərini, əldə edəcəyi nəticəni müəyyənləşdirir və buna uyğun xərclər smetası hazırlayır. Azərbaycanda isə büdcə təşkilatı, sadəcə, mövcud olduğu üçün maliyyələşir. Halbuki, ən azı, neft gəlirləri azalmağa başlayanda, 2014-cü ildən hökumət nəticəyə hesablanan büdcə planlaşdırmasına keçməli idi”.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon, xərcləri 16 milyard 600 milyon hesablanıb. Bu, 2016-cı ilin büdcəsinə nisbətən azdır. Bu il 17 milyarda yaxın gəlir, 18 milyarddan çox isə xərc hesablamışdı.

XS
SM
MD
LG