Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 08:48

Aqil Abbas: 'Mən əl qaldıracam, vəssalam'


"Zakir Qaralov və Facebook". Karikatura. Gündüz Ağayev
"Zakir Qaralov və Facebook". Karikatura. Gündüz Ağayev

ATƏT-in Media Azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç Azərbaycanın baş prokuroru Zakir Qaralovun Cinayət Məcəlləsinə böhtan və təhqirə görə təklif etdiyi düzəlişləri pisləyib. O, hökuməti diffamasiya haqda “çoxdankı vədini” yerinə yetirməyə çağırıb.

Milli Məclisin üzvü, yazıçı, jurnalist Aqil Abbas bununla bağlı AzadlıqRadiosu-na deyib:

– Əgər kimsə kimisə təhqir edirsə, o cümlədən dövlət başçısını təhqir edirsə, məhkəməyə verilməlidir. Eləcə də məni təhqir edirsə, mən onu məhkəməyə verəcəm ki, bala, niyə yalançı profil açıb məni təhqir edirsən?

Buna da bax:​ Zakir Qaralovun təklifləri pislənir...

– Aqil bəy, Dunya Myatoviç bu düzəlişləri...

– Mən ATƏT adında təşkilat tanımıram. 23-24 ildir başımızın altına yastıq qoyurlar. Elə yalandan gəlirlər, gedirlər. Yalançı bir təşkilatdır. Mən niyə ATƏT-in dediyinə açıqlama verməliyəm? Mən belə təşkilat tanımıram.

Aqil Abbas
Aqil Abbas

– ATƏT-i qoyaq qırağa, baş prokurorun parlamentə göndərdiyi təkliflərə necə baxırsınız?

– Əl qaldıracam, vəssalam.

– Prezidentin şərəf və ləyaqətinin qorunması ilə bağlı ayrıca qanun var, yenidən Cinayət Məcəlləsinə maddə daxil etməyə, bununla bağlı məsuliyyəti sərtləşdirməyə ehtiyac varmı?

– Soruşdunuz, mən də dedim ki, əl qaldıracam, vəssalam.

Buna da bax:​ Prezidentin şərəf və ləyaqəti maddəsi ağırlaşdırılır

– Siz mətbuat təmsilçisisiniz həm də. Son illər mətbuata basqıların artmasından, onun imkanlarının məhdudlaşdırılmasından çox danışılır. Qanunvericiliyə bu cür məhdudiyyətlər Azərbaycan mətbuatını daha çətin duruma salmayacaqmı?

Aqil Abbas: 'Mən ATƏT adında təşkilat tanımıram...'
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00
Direct-ə keçid

– Azərbaycanda mətbuat azaddır. Bugünlərdə dünyanın bütün teleqraf agentliklərinin Bakıda iclası keçirildi. Orda möhtərəm prezident də dedi ki, Azərbaycanda mətbuat azaddır. Nə istəyirsiniz yazırsınız, deyirsiniz sosial şəbəkələrdə, saytlarda. Bir nəfərə deyirlər ki, niyə yazırsan? Mənim də əleyhimə yazırlar. Məhkəməyə vermişəm? Verməmişəm, verməyəcəm də.

Buna da bax:​ 'Azərbaycanda 1-ci şəxsin monarx səviyyəsinə yüksəldilməsi müşahidə edilir'

– O zaman niyə beynəlxalq təşkilatların siyahısında Azərbaycan mətbuat azadlığının durumuna görə gün-gündən geriləyir?

– Beynəlxalq təşkilatların hamısı bizimlə düşmənçilik edirlər. Azərbaycanda 2 milyon sosial şəbəkə istifadəçisi varsa, 40 dənə gündəlik qəzet varsa, 200-ə qədər həftəlik qəzet varsa, nə bilim, 500 sayt varsa, nə istəyirlər, daha nə olmalıdır? Adambaşına bir dənə sayt yaradaq?

– Amma Azərbaycanda jurnalistlər və bloqqerlər həbsdədir.

– Hər bir jurnalist, bloqqer istədiyini yazır. İndi kimsə cinayət işi görübsə, narkotiklə məşğuldursa, kiminləsə dalaşırsa, ona mən cavab verməliyəm? Yəni hökumət ona fikir verməməlidir ki, bu bloqqerdir, jurnalistdir, nə bilim nədir, nədir... Xahiş edirəm, mənə zəng etməyin. ABŞ əleyhinə söz desəm, verəcəksiniz? Amerika dünyanı barmağına dolayır, Suriyanı, İraqı, Liviyanı dağıdır. Gedin bundan yazın. Sağ olun.

Buna da bax: Deputatlar Zakir Qaralova təşəkkür etdilər

XS
SM
MD
LG