Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

'Yaşayış minimumunu Azərbaycan məmuruna versələr necə yaşayar?'


«Tarif Şurasının 2 gün əvvəl qəbul etdiyi qərarla bir sıra enerji məhsulları üzrə yeni tariflərin tətbiqi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar 2017-ci il dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulmuş gəlirlər üzrə daxilolmaların artacağı proqnozlaşdırılır…»

Bunu noyabrın 30-u Milli Məclisin komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, həmin artımın əhəmiyyətli hissəsi prezident İlham Əliyevin tapşırığına uyğun əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək.

Samir Şərifov qeyd edib ki, büdcə və ehtiyac meyarı haqqında qanunlara dəyişiklik nəzərdə tutulur. Onun deməsinə görə, 2017-ci ildə ehtiyac meyarı həddinin 10.5 faiz artırılaraq 105 manatdan 116 manata çatdırılması nəzərdə tutulur.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda ehtiyac meyarı müasir tələblərə cavab verməyən indikatorlar vasitəsi ilə hesablanır. Onun sözlərinə görə, köhnə qaydada hesablama aparmaq metodologiyası hökumətə ona görə sərf edir ki, alınan rəqəm təqaüdlərin və maaşların hesablanmasına təsir göstərir.

Natiq Cəfərli hesab edir ki, hesablamada köhnə indikatorlar dəyişilmədikcə və yeni müasir hesablama metodologiyası təsdiq edilmədikcə nəticə olaraq aşağı rəqəmin göstərilməsi davam edəcək.

Ekspert bildirir ki, Azərbaycan hökumətinin qoyduğu ehtiyac meyarı ən yoxsul ölkələrdə müəyyən edildiyindən də azdır.

Natiq Cəfərli: "Yaşayış minimumunu məmura versən necə yaşayar?"
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, hələ bir neçə il bundan əvvəl müstəqil ekspertlərin hesablamalarına görə ehtiyac meyarı 220 manat həddində göstərilirdi.

Ekspert deyir ki, son il ərzində qiymətlərin ən azı 2 dəfə bahalaşmasını nəzərə alsaq, indi bu rəqəm daha çox olmalıdır.

Nazim Bəydəmirli bildirir ki, ehtiyac meyarının məbləği bu gün üçün adekvat deyil. Amma hökumətin bu gün bunu artırmaq imkanlarının olmamasını nəzərə almalıyıq. Ekspert bildirir ki, bu gün rəqəmlərdən daha vacib məsələ iqtisadi mühitin saflaşdırılmasıdır.

Nazim Bəydəmirli: "Çıxış yolu monopoliyaların ləğvidir"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00
Direct-ə keçid

İqtisadçı ekspert Qubad İbadoğlu düşünür ki, 11 manatlıq artım yetərli deyil. Ekspert bildirir ki, ehtiyac meyarı ünvanlı sosial yardım üçün əsas götürülür. Yəni ehtiyac meyarının çox olması ünvanlı sosial yardım alanların bundan bəhrələnməsi ilə nəticələnə bilərdi.

Qubad İbadoğlu: 11 manatlıq artım qətiyyən yetərli deyil
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00
Direct-ə keçid

Qubad İbadoğlu onu da qeyd edir ki, onların hesablamalarına görə Azərbaycanda rəsmi olaraq hesablanmış ehtiyac meyarı, yaşayışın minimum dəyəri real vəziyyəti xarakterizə etmir. Bir sözlə bu artım ehtiyacı qarşılaya bilməyəcək.

XS
SM
MD
LG