Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:41

MTN generalının sürücüsü məhkəmədə ifadə verdi


Keçmiş MTN-nin binası
Keçmiş MTN-nin binası

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri, on milyonlarla mənimsəmədə suçlanan Vidadi Zeynalov məhkəmədə ifadə verməkdən imtina edib. O, imtinasını cinayət işinin materialları ilə hələ də tanış ola bilməməsi ilə əsaslandırıb.

«HƏR AY GEDİB PAKETİ GÖTÜRMÜŞƏM»

Vidadi Zeynalov, «Aztelekom» MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da daxil olmaqla, 11 nəfərin mühakiməsi dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

Buna da bax-Rabitəçilər işi: 'Mən paket sözünü bilmirdim, təzə eşitmişəm'

Dindirilməyən sonuncu təqsirləndirilən Vidadi Zeynalov ifadə verməkdən imtina etdiyinə görə şahidlərin dindirilməsi mərhələsi başlanıb.

İlk şahid MTN-nin Mütəşəkkil Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş, həbsdə yatan general Sübahir Qurbanovun sürücüsü Ramil Əliyev idi. Deyib ki, hər ay nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun yanına gedib, ondan bir paket alırdı: «Hər ay Sübahir müəllimin göstərişi ilə nazirliyə gedib paketi götürmüşəm. Gətirib Sübahir müəllimin otağında özünə vermişəm. Amma içində nə olduğunu bilmirəm».

Pul
Pul

6 MİN MANAT PAKET MAAŞ

Vidadi Zeynalov da hər ay sürücü ilə paket göndərdiyini təsdiqləyib.

Daha bir şahid isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin baş mühasibi Rəfiqə Abbasova olub. Aylıq maaşının 900 manat olduğunu, son 6 ayda isə əlavə olaraq 200 manat aldığını deyən şahid, əsasən, nazirliyin Maliyyə şöbəsinin müdiri Mətanət Məmmədova ilə işlədiyini bildirib.

Buna da bax-Rabitəçilər işi: baş mühasib 10 milyonu tək necə mənimsəyib?

Ardınca Mətanət Məmmədova özü də dindirilib: «Aylıq maaşım 2300 manat idi. Paket olaraq, 2003-cü ilə qədər 4300 dollar, 2015-ci ildən isə 6 min manat almışam».

Hakim şahiddən aldığı pulları geri qaytarmaq fikrində olub-olmadığını soruşub. Mətanət Məmmədova «qaytarmalıyıq» cavabını verib.

«91-Cİ İLİN BAZİS QİYMƏTLƏRİNƏ UYĞUN HESABLANIRDI»

Bu gün məhkəmədə həmçinin, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin (BTRİB) Texniki şöbəsinin müdiri olmuş Abbas Məmmədov, bu qurumun başqa bir əməkdaşı Əli Zeynalov da dindirilib.

«Biz layihələri qiymətləndirib baş idarəyə göndərirdik. Baş idarədən də sifarişçilər götürürdü. Digər işlərdən isə xəbərim yoxdur. Layihə smeta sənədləri 91-ci ilin bazis qiymətlərinə uyğun olaraq hesablanırdı», – Əli Zeynalov bildirib.

Məhkəmə dekabrın 16-da davam edəcək.

Nazirliyin sabiq yüksəkrütbəli şəxsləri ifadələrində büdcə vəsaiti xərclənərkən xərcləri şişirtdiklərini etiraf ediblər. İstintaqın qənaətinə görə, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmə ilə dövlətə ziyan vurub.

XS
SM
MD
LG