Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 07:47

Təmizlikçi büdcəyə keçirməyə 10 manat tapa biləcəkmi?


Şerif. "Şeş-beş". Karikatura.
Şerif. "Şeş-beş". Karikatura.

“Hökumət artıq bilmir neyləsin, az qalır siçandan, pişikdən də vergi tutsun”.

Paltaryuyan maşın və soyuducu təmirçisi, 61 yaşlı Fəxrəddin kişi onun kimi ustaların aylıq sadələşdirilmiş vergiyə cəlb edilməsi haqda hökumətin təklifinə belə reaksiya verir.

“Hökumət az qalır siçandan, pişikdən də vergi tutsun”

Vergilər Məcəlləsinə yeni maddə əlavə edilməsi nəzərdə tutulur. Həmin maddəyə görə, toy və şənliklərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçiliklə və oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər - 30 manat, foto, audio-video xidməti (foto studiyalar istisna olmaqla) göstərənlər - 30 manat, pinəçi və çəkməçilər 5 manat, saat, televizor, soyuducu və digər məişət avadanlığı təmirçiləri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçuları, xəstə, qoca və uşaqlara qulluq edənlər, dayələr, şəxsi sürücülər, ev təmizlikçiləri, bağban, aşpaz, gözətçilər, eləcə də digər bənzər işlərlə məşğul olanlar 10 manat ödəməlidirlər.

Buna da bax:​ Repetitorlara, ev qulluqçularına vergi gəlir

Fəxrəddin usta yeni qaydaya çox əsəbiləşir:

Fəxrəddin usta: 'Gəlsin görsün işləyirikmi, iş varmı ki vergi də verək?'
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00
Direct-ə keçid

“Camaat qırılır, hökumət bilmir neyləsin. On manat vergi tutacaq. Gəlsin görsün işləyirikmi, iş varmı ki vergi də verək? Mən cəhənnəm, 61 yaşım var, ölən vaxtımdır. Bəs başqaları neyləyəcək? Vəziyyəti bir az da çətinləşdirirlər. İstəyirlər camaat ayağa qalxsın?!”.

- Usta, son zamanlar sifarişləriniz var?

- Ancaq soruşurlar: “Filan şey xarab olub, neçəyədir?”. Qiyməti öyrənib, “sonra zəng edərik” deyirlər... O gedən də gedirlər. İş yoxdur.

“İş olsa, 10 manatı ödəmək olardı”

Kondisioner təmirçisi Emil usta yeniliyi gülərək qarşılayır: “Hökumət camaatı, ilk növbədə, yaxşı işlə təmin etsəydi, o söhbətin yeri olardı”.

Buna da bax: Bakılı repetitor: 'Qazancımı direktorla bölüşdürürəm...'

Kombi təmirçisi və quraşdırıcısı Azər usta “iş olsa, ayda 10 manatı vermək mümkündür” deyir. Ancaq o da başqa ustalar kimi, ümumi vəziyyətdən narazıdır. O, ötən il daha çox iş olduğunu bildirir: “İş dolu idi. Bu il zəifdir. Kombi qoyduran, təmirə çağıran yox dərəcəsindədir indi. İşçi çoxdur, iş yox. Özü də mən, fiziki şəxs kimi, hər ay vergimi də, sosial müdafiəyə tələb olunan məbləği də ödəmişəm. Yayda vergini birtəhər ödədim, dedim ki, qışı rahat olar... Qışda iş çox olur, adətən, amma indi iş yoxdur”.

Azər usta: 'İş olsa, ayda 10 manatı vermək mümkündür'
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

Evlərə yır-yığışa gedən 38 yaşlı Səlimə Əliyeva xəbərə daha çox üzülür və deyir ki, bu il iki daimi müştərisini itirib: “Əhmədlidə bir evə həftədə bir dəfə təmizliyə gedirdim, yüz manat verirdilər. Amma kişini işdən çıxarandan sonra dedilər ki, imkanımız yoxdur, 50 manata gələ bilirsən, gəl. Məcbur qalıb yarı qiymətə, ayda 50 manata işlədim. Amma az sonra qadın da işdən çıxdı, mənə ehtiyac qalmadı. Başqa müştərim də bankrot oldu deyə, işimi itirdim”.

Buna da bax:​ 'Büdcədən qazananlar büdcəyə pul ödəmir'

İndi Səlimə Əliyevanın tək gəlir yeri var - qonşu məhəllədəki ikimərtəbəli evə, aya 150 manata təmizliyə gedir. Sözlərinə görə, aldığı hər manat “hesabdadır”: “Özüm savadsızam deyə, qızımı müəllim yanına qoymuşam ki, oxuya bilsin. Ayda 30 manat onun hazırlığına gedir, 20-30 manat da qaza, işığa, suya. Yerdə qalanla da, birtəhər, ayı başa vurmalıyam. Burdan ayda 10 manat da hökumətə versəm, mənə nə qalar?.. Hökumət vergini o varlılardan tutsun, gücü mənim 10 manatına çatır?!”.

“Belə adamlardan vergi yığmaq real deyil”

Əli Hacıyev: 'Həmin kateqoriyadan olan insanlara diferensial yanaşma olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

İqtisadçı Əli Hacıyevin fikrincə, hər kəs fəaliyyətinə görə vergi ödəməlidir, vergidən yayınmaq olmaz. Ancaq o, heç yerdə qeydiyyatda olmayan bu cür işçilərdən vergi yığılmasını real saymır. “Həmin kateqoriyadan olan insanlara diferensial yanaşma olmalıdır. Ola bilsin, toylarda müğənnidən, tamadadan pul almaq olar, amma evdə xidmətçi işləyən, dolanışığını ancaq ordan çıxaran insanlara fərqli davranılmalıdır. Hər halda, güzəştlər edilməlidir. Ehtiyac zənbilinin yüksək olmasını, sosial durumun ağırlığını nəzərə alaraq, ciddi güzəştlər edilməlidir”.

Buna da bax:​ Vergilər Nazirliyi müğənniləri “ciddi nəzarət”ə götürüb

“Gülüncdür”

İqtisadçı Nemət Əliyev də iş-güc sahibi vətəndaşların vergiyə cəlbini normal sayır, amma bunun indiki dövrdə tətbiqinin anormal olduğunu düşünür: “Ölkədə iqtisadi tənəzzül yaşanır. Bu da istehsal sahələrini, əhalinin alıcılıq qabiliyyətini sıradan çıxarmaqla yanaşı, əhalini gəlirdən məhrum edir. Əhali ağır sosial gərginlik yaşayır. Orta əməkhaqqı Ermənistandan, Gürcüstandan aşağıdır, yoxsulluq səviyyəsi artmaqdadır, belə vəziyyətdə əhalinin sosial durumunu ağırlaşdıran addımların atılması düzgün deyil”.

Nemət Əliyev: 'Hökumət bu durumda, iş yerləri açmalı, sonra vergiyə cəlb etməlidir'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

Nemət Əliyevin fikrincə, hökumət bu durumda, ilk növbədə, iş yerləri açmalı, yalnız ondan sonra sadalanan fəaliyyət dairələrini vergiyə cəlb etməlidir. İqtisadçının qənaətincə, neft gəlirlərinin yüksək olduğu dövrdə qeyri-neft sektoru inkişaf etdirilsəydi, hökumət bu gün “kiçik də yox, lap xırda sahibkarlıqla məşğul olanlara möhtac qalmazdı”:

Buna da bax:​ Vergilər nazirliyi ‘Akkord’da: ‘Borcları vermək zamanıdır’

“Büdcənin durumu o qədər ağırdır ki, bu cür xırda sahibkarların ümidinə qalıblar. Amma orda da böyük vəsait yoxdur. Bunun əvəzinə energetika sektorunda yüngülvari manevrlər etməklə, itkiləri 5 faiz azaltmaqla sadalanan sahələrdən daha çox maliyyə vəsaiti cəlb etmək olar”.

Nemət Əliyev indiki durumda Vergilər Məcəlləsinə nəzərdə tutulan əlavəni, sadəcə, “gülünc” sayır.

XS
SM
MD
LG