Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

İsa Qəmbər: 'Əminik ki, vəziyyətdən çıxış yolu var'


İsa Qəmbər, 26 sentyabr 2014
İsa Qəmbər, 26 sentyabr 2014

“Biz əminik ki, İlham Əliyev hakimiyyətinin, ordakı bolşevik təfəkkürlü insanların ölkəni saldığı bəlalı vəziyyətdən çıxış yolu var. İlham Əliyev də vəziyyətdən neçə çıxmaq barədə düşünür. Ancaq o, böhrandan şərəflə çıxmaq barəsində yox, özünün bu durumdan necə salamat çıxa bilməsi haqqında düşünür və çıxış yolu tapa bilmir”.

Müsavat Partiyasının yanvarın 14-də keçirilmiş respublika müşavirəsindəki çıxışında partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər belə deyib.

O, Mərkəzin düz bir il əvvəl “Böhrandan imkana” adlı yol xəritəsi hazırladığını, cəmiyyətə təqdim etdiyini yada salıb. İ.Qəmbərin sözlərinə görə, həmin sənəddə iqtisadi-siyasi durumla bağlı çıxış yolları öz əksini tapıb. Eyni zamanda, hakimiyyətin xalqa verilməsi nəzərdə tutulub.

Buna da bax: İki prezidentin fərqli Ehtiyat Fondu [kiçik araşdırma]

“Hakimiyyətdən xalqımız kimi, beynəlxalq birlik də bezib”

“Ancaq hakimiyyət bu təklifləri nəzərə almadı. Nəticədə mövcud böhranlı durum yaranıb. İndi vəziyyəti dəyişmək Müsavatın, demokrtatik düşərgənin, cəmiyytin üzərinə düşür. Bu rejimdən, onun yalanlarından, ona heç bir məsələdə bel bağlamağın mümkün olmamasından, onun yalnız bir ailəyə xidmət etməsindən bizim xalq kimi, beynəlxalq birlik də bezib. Ancaq dəyişikliyi beynəlxalq birlik yox, xalq etməlidir”, İ.Qəmbər vurğulayıb.

Başqan müavini Elman Fəttah də çıxışında ölkədə hakimiyyət dəyişikliyinin vacib olduğunu vurğulayıb.

“İki illik böhran zamanı proseslər göstərdi ki, hökumət durumdan çıxmaq üçün hər hansı bir addım atmaq niyytində, həm də bacarığında deyil. Hakimiyyət sanki düymələr düzülmüş lövhə qarşısındadı. Ağır böhrandan çıxmaq üçün tələskənliklə həmin düymələri basırdılar, ancaq hər düyməni basdığında durum daha da ağırlaşır. İndi hökumət elə düymə axtarır ki, onu basdıqda durum heç olmazsa, olduğu kimi qalsın. Ancaq nəzərə almaq lazımdır ki, həmin tabloda hər şeyi olduğu kimi saxlayacaq düymə yoxdur. Yanda çıxış var. Hakimiyyət ordan çıxıb getməlidir”, başqan müavini qeyd edib.

Müsavat başqanı Arif Hacılı ölkədəki ictimai siyasi durum haqda danışarkən Nardaran olayları ilə bağlı məhkəmə proseslərini yada salıb, hökumətin yanlış siyasətini qamçılayıb.

Arif Hacılı, Bakı, 7 iyun 2013
Arif Hacılı, Bakı, 7 iyun 2013

“Azərbaycanda İlham Əliyev də daxil olmaqla, heç kəsin azadlıq və rahatlığı yoxdur”

“Hökumətin Nardaranda apardığı siyasət heç də onların inanclı olması, xarici ölkələrlə əlaqələri ilə bağlı deyil. Taleh Bağırzadə və digərləri hakimiyyəti tənqid etdikləri, hakimiyyətin siyasəti ilə barışmadqıları üçün həbsdədirlər. Azərbaycanda həqiqətən radikal dinçilər, başqa ölkələrin xüsusilə Rusiya və İranın maraqlarını müdafiə edən siyasətçilər, ictimai təşkilat nümayəndələri, yeksək vəzifə tutanlar var. Onlar tənqid etmirlər, hamısına da yaşıq işıq yanır, onlara xarici ölkələrin orden-medal verilməsi belə hakimiyyəti narahat etmir”, A.Hacılı bildirib.

Müsavat başqanı vurğulayıb ki, hakimiyyətin ölkənin inkişafı ilə bağlı, dövlətin güclənməsi ilə bağlı hər hansı düşüncələri mövcud deyil.

“Azərbaycanda İlham Əliyev də daxil olmaqla, heç kəsin azadlıq və rahatlığı yoxdur. Belə rejim qurublar. Hökumət yalnız hakimiyyəti qorumağı düşünür. Bu kontekstdə onların əsas konsepsiyası onu tənqid edənləri susdurmaqda görür. Biz bu durumu dəyişməliyik”, deyən Arif Hacılı partiyasının 2017-ci ildə fəaliyyətini daha da gücləndirəcəyi barədə danışıb.

Ilham Əliyev, Nazirlər Kabinetin iclası,Bakı, 10 yanvar 2017
Ilham Əliyev, Nazirlər Kabinetin iclası,Bakı, 10 yanvar 2017

Buna da bax: İlham Əliyev: 'İki uzunqulağın arpasını bölə bilməyənlər...'

“Böhrandan şərəflə çıxa bilmişik”

Bundan bir neçə gün öncə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib ki, 2016-cı il ölkə tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacaq. Onun sözlərinə görə, Azərbaycan iqtisadi böhrandan şərəflə çıxa bilib:

«Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildəinkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq», prezident deyib.

XS
SM
MD
LG