Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:55

Özəl universitet niyə bağlanır?


Təfəkkür Universiteti
Təfəkkür Universiteti

Təfəkkür Universiteti bağlandı. Buna səbəb kimi maliyyə problemini əsas gətirirlər. Özəl universitetlərin maliyyə problemlərinin arxasında dayanan nədir? Daha ailələr uşaqlarının təhsil haqqına pul tapmırlar, yoxsa, belə universitetlər nüfuzlarını itirir, orada oxumaq istəyənlər azalır? Bağlanan universitetin tələbələrinin taleyi necə olacaq?

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, özəl universitetlərdə qəbulun aşağı düşməsi bir çox problemlər yaradır. Ekspert həm də onu bildirir ki, bu həm də universitetlərin öz arasında olan rəqabətin nəticəsi də hesab etmək olar. Qubad Ibadoğlu deyir ki, bu rəqabətin nəticəsində bəzi universitetlərə tələbat azalıb.

Qubad İbadoğlu: "bəzi universitetlərə tələbat azalıb"
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid

Təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə, reytinqi aşağı olan ali məktəblərin bağlanması qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycanda bir çox özəl universitetlər bütün güclərini tələbə qəbulu və illik ödəniş üzərində qurduqları üçün maliyyə çətinliyi ilə üzləşirlər.

Ekspert bildirir ki, tələbə qəbulu isə daha çox köçürmə yolu ilə həyata keçirilirdi ki, son illər buna imkan verilmədiyindən həmin özəl ali məktəblər bu gəlirdən məhrum oldu. Kamran Əsədov bəzi universitetlərin sıradan çıxmasına səbəb kimi həmin universitetlərdə təhsil səviyyəsinin aşağı düşməsi ilə əsaslandırır.

Kamran Əsədov: "reytinqi aşağı olan ali məktəblərin bağlanması qaçılmazdır"
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00
Direct-ə keçid

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev universitetin bağlanmasını onun fəaliyyəti ilə əlaqələndirməyi doğru hesab etmir. Əjdər Ağayev deyir ki, həmin universitetlərə tələbatın azalması o universitetləri bitirənlərin sonradan işə qəbulunda yaranan problemlərlə bağlıdır.

Ekspert deyir ki, yaxşı olardı ki, özəl universitetlərə münasibət dəyişsin, onların bağlanmasına imkan verilməsin, yaşaması üçün şərait yaradılsın. Onun sözlərinə görə ilin ortasında universitetin bağlanması pedoqoji cəhətdən yanlışlıqdır.

Əjdər Ağayev: "yaxşı olardı ki, özəl universitetin bağlanmağına imkan verilməsin"
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00
Direct-ə keçid

XS
SM
MD
LG