Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:15

1-ci Vitse-prezident hansı işləri görməlidir?


arxiv
arxiv

Vitse-prezidentin konkret nə işlər görməli olduğu, səlahiyyət dairəsi konstitusiyada sadalanmır. Yalnız prezident səlahiyyətlərini icra edə bilməsə,vitse-prezidentin onu əvəz edəcəyi yazılıb. Bəs, prezident öz işlərini görə biləndə vitse-prezident hansı işləri görəcək?

"1-ci Vitse Prezident təyinatı əslində vacib olan bir məsələnin aktuallığını yaradıb. Artıq təyinat gerçəkləşsə də, son referendumda edilən dəyişikliklər nəticəsində indiki Konstitusiyada Vitse Prezidentin

1) Əsasən statusu və təminatları göstərilir:

Maddə 103-1-də vəzifəyə təyin və vəzifədən azad edilmə;

Maddə 106-1-də Vitse-prezidentlərin toxunulmazlığı;

Maddə 108-1-də 1-ci Vitse Prezidentin təminatı göstərilir,

2) Səlahiyyətlər hissəsində isə yalnız :

Maddə 105 -də Prezident vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası;

Maddə 110-1-də Prezident tərəfindən Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi göstərilib.

İndi açıq qalan sual budur ki, 1-ci Vitse prezident hansı səlahiyyətlərə sahibdir, nə işlə məşğul olacaq, onun fəaliyyəti hansı qanunvericilik bazası ilə təmin olunacaq, hələlik məlum deyil.”

Hüquqşünas Akif Qurbanov bu məsələni özünün facebook səhifəsində qaldırıb.

Akif Qurbanov AzadliqRadiosuna açıqlamasında facebookda yazdıqlarını onunla əsaslandırır ki, ölkə idarəetməsinə yeni siyasi institut gətirilirsə, Konstitusiyaya nəzərdə tutulmuş həmin dəyişikliklərdə bu vəzifənin statusunu, səlahiyyətlərini aydın göstərən müddəalar da öz əksini tapmalı idi.

Hüquqşünas təəssüflə qeyd edir ki, bunlar əksini tapmadı, sadəcə qısa formada status və təyinatı göstərildi. Akif Qurbanov deyir ki, bu status və səlahiyyətlər Konstitusiya qanununda da nəzərdə tutulmayıb. Onun sözlərinə görə, indi vitse-prezidentin vəzifə və səlahiyyətlərinin nədən ibarət olduğu qaranlıq olaraq qalır.

Akif Qurbanov: "vəzifə və səlahiyyətlərinin nədən ibarət olduğu qaranlıq qalır"
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Hüquqşünas Erkin Qədirli də məsələdə bir çox aydınlıq gətirilməli olan suallar olduğunu bildirir. Erkin Qədirli deyir ki, vitse-prezidentlik institutunun normal olduğu ölkələrdə həmin vəzifənin konkret işi var. Onun sözlərinə görə Azərbaycanda isə vitse-prezidentin özünün səlahiyyəti yoxdur.

Hüquqşünas deyir ki, prezident səlahiyyətlərini xalqdan aldığı üçün öz səlahiyyətlərini kiməsə verə bilməz. Amma Erkin Qədirli onu da deyir ki, Konstitusiyada hansı səlahiyyətlərin verilib verilməyəcəyi ilə bağlı məhdudiyyət olmadığından bunun özü də narahatlıq doğurur.

Erkin Qədirli: ", prezident səlahiyyətlərini xalqdan aldığı üçün...."
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00
Direct-ə keçid

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, referendumun keçirilməsində əsas məqsəd idarəetmənin təkmilləşməsi idi. Onun sözlərinə görə, vitse-prezidentin idarəetmə ierarxiyasında tutduğu yer, onun təminatları konstitusion normalarda öz əksini tapıb.

Əliməmməd Nuriyev bildirir ki, prezident vitse prezidentə hansı məsələləri tapşıracaqsa, onunla məşğul olacaq. Hüquqşünas deyir ki, bunu prezident özü müəyyən edəcək. Əliməmməd Nuriyev bu baxımdan yeni bir qanunun hazırlanmasına ehtiyac görmədiyini bildirir.

Əlməmməd Nuriyev: "prezident vitse-prezidentə hansı məsələləri tapşıracaqsa..."
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00
Direct-ə keçid

26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezidenti seçkiləri keçirilir və bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini birinci vitse-prezident icra edir. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 21-də imzaladığı sərəncamla xanımı Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

XS
SM
MD
LG