Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24

'Qara mühasibatlıq'ı aradan qaldırmağın yolu [video]


Azərbaycanda Yeni plan - "Paket maaşlar" ləğv edilir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Azərbaycanda Yeni plan - "Paket maaşlar" ləğv edilir? [video]

Azərbaycan hökuməti “paket maaş”, “qara mühasibatlıq”, “gizli iqtisadiyyat” kimi məsələlərlə mübarizəni gücləndirdiyini bəyan edir. Hətta həmin məqsədlə bu ilin martında - prezident İlham Əliyevin sərəncamı ilə komissiya da yaradılmışdı. Bu komissiya əmək münasibətlərinin tənzimlənməsindəki problemləri aşkarlamalı, onun həlli yolları ilə bağlı təklif hazırlamalı idi.

Nəhayət 7 aydan sonra bu sahədə görüləcək tədbirlərin siyahısı təsdiqləndi. Prezident 9 sentyabrda "Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair tədbirlər planı”nın təsdiqi haqda sərəncam verib.

Buna da bax:​ Azərbaycanda 'Qara mühasibat'a aparan yol [media icmalı]

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, plan təsdiqlənsə də detalları ictimaiyyətə açıqlanmayıb. Ona görə də görüləcək tədbirləri dəyərləndirmək çətindir.

Rəşad Həsənov
Rəşad Həsənov

Amma Rəşad Həsənov indiki durumu nəzərə alaraq, bildirir ki, hökumət bu sahədəki problem həllinə girişsə belə, onun qarşısını almaq olduqca çətin olacaq:

“Əmək bazarı ölkə iqtisadiyyatının ən problemli sahələrindən biridir. Bu gün əmək bazarında çalışan hər iki işçidən birində əmək münasibətləri tənzimlənmir”.

Rəşad Həsənovun fikrincə, bunun da ən vacib iki səbəbi var. Birincisi vergi yükü, ikincisi məmur biznesi.

Buna da bax: Baş nazirin müavini 'qara mühasibat'dan danışdı

Dünya Bankının 2016-cı il üzrə hesabatına görə Azərbaycanda vergi yükü 39.8 faiz olub. Məsələn, Gürcüstanda bu göstərici 16 faizdir.

Rəşad Həsənov deyir ki, vergi yükünün çoxluğu, inhisar bəzi sahibkarları “qara mühasibata” əl atmağa vadar edir.

Martda yaradılmış komissiyanın sədri baş nazirin müavini Əli Əhmədovdur. Üzvlər isə vergilər, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi nazirləri, Dövlət Statistika Komitəsinin, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidentidir.

Əli Əhmədov Sumqayıtda bu ilin iyunun işadamları ilə görüşündə deyib ki, Azərbaycanda məşğul əhalinin 67%-i əmək münasibətləri tənzimlənmir.

Buna da bax:​ 300 min manat 'paketi' bir aya xərcləyənlər [video]

Əmək münasibətləri tənzimlənmir dedikdə, həm də gəlirin azaldılması, işçiyə verilən maaşın aşağı rəsmiləşdirilməsi kimi hallar nəzərdə tutulur. Bu da dövriyyənin gizlədilməsinə, daha az gəlir vergisi və sosial ödənişlərə gətirilib çıxarır.

Hazırda sahibkar kimi çalışan iqtisadçı ekspert Nazim Bəydəmirlinin fikrincə, isə “qara mühasibatlıq”la mübarizəyə ilk növbədə dövlət müəssisələrinin özündən başlamaq lazımdır:

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

“Dövlət büdcəsindən maliyyələşən, hətta nazirliklərdə belə “paket maaş”ların götürülməsini təmin etməlidir. Yəni, hər şey özəl sektora yüklənməməlidir. Əslində ikili mühasibatlığı yaradan dövlətin öz strukturlarıdır. Biz dəfələrlə təklif edirik ki, bu əməkhaqqından tutulan gəlir vergisi və sosial ödənişlər azaldılmalıdır. Necə ki, Gürcüstan belə islahatlara gedib. Bu ikili mühasibatlığı öz-özünə aradan qaldıracaq”.

Buna da bax:​ 'Azərbaycanda sistemin özü `paket' üzərində qurulub'

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Bakıda rastlaşdığımız sakinlərdən də bu mövzuda fikirlərini - daha doğrusu onlarla bağlanmış əmək müqaviləsinin şərtlərindən nə qədər razı qaldıqlarını soruşmuşuq:

Əmək müqavilənizin şərtləri ilə nə qədər razısız?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Yeni tədbirlər planında elə Bakı sakinin də dediyi kimi işçi ilə müqavilə bağlamayan sahibkar cərimə olunacaq, yoxsa hansı addımlar atılacaq? Tədbirlər planı ictimaiyyətə açıqlandıqda bu suallara da cavab tapılacaq.

XS
SM
MD
LG