Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:19

2018-ci il türk dünyasının mədəniyyət paytaxtı bəlli olub


Türkiyənin Kastamonu şəhəri 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.
Türkiyənin Kastamonu şəhəri 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu barədə Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qərar verilib.

Toplantıda Kastamonunun türk dünyasının mədəniyyət paytaxtına namizədliyi TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri tərəfindən dəstəklənib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman çıxışında ölkəsinin bənzərsiz şəhəri Kastamonunun 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı seçilməsindən böyük məmnunluq duyduqlarını deyib.

Buna da bax: 2017-ci il 'Türk dünyasının mədəniyyət paytaxtı' bəlli oldu

Gələn il TÜRKSOY-un 25-ci ildönümünü bayram edəcəklərinə diqqət çəkən H.Yayman, 2018-ci ilin yaddaşlarda qalacaq və gələcəyə ötürüləcək bir il olması üçün bütün imkanlardan istifadə edəcəklərini bildirib.

Kastamonu valisi Yaşar Karadeniz şəhərin Anadolunun qədim yaşayış məskənlərindən olduğunu vurğulayaraq qeyd edib ki, 7 min illik tarixə malik Kastamonu, 900 ildən çoxdur türk yurdudur

Buna da bax: Şəkidə türk dünyasının paytaxtını seçəcəklər

375 min əhalisi olan Kastamonu tarixi, mədəni yerləri və təbiətiylə diqqət çəkir. Ərazisinin 65 faizi meşə ilə örtülü, geniş flora və faunaya malik olan Kastamonu, eyni zamanda, müxtəlif çöl heyvanlarının məskənidir. 170 kilometrlik dəniz sahili ilə Qara dənizin ən uzun sahil zolağının yerləşdiyi Kastamonu dünyanın ən böyük kanyonlarından biri olan Valla kanyonu, dünyanın ən iri mağaralarından İlgarini mağarası, şəlalələri və digər təbii zənginlikləri ilə tanınır.

XS
SM
MD
LG