Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:50

Bədənindən 'cin çıxarılanda' ölən gəncin işi: 'Atası özü gətirmişdi...'


Təqsirləndirilən şəxslər
Təqsirləndirilən şəxslər

Şabranda gənc oğlanı bədənindən cin çıxarmaq adıyla döyüb öldürməkdə suçlanan 6 nəfərin mühakiməsi başlayıb. Amma onların heç biri ِözlərini təqsirli bilmirlər.

Sentyabrın 23-də məhkəmədə prokurorun elan etdiyi ittiham aktında yazılıb ki, 25-yaşlı Murad Sultanovu təqsirləndirilən şəxslərdən Vüsal İbrahimovun evində çubuqlarla döyüblər. Deyilib ki, Muradın bədənində şər qüvvələr - cin var, onu çıxarsalar, onun psixoloji durumundakı qeyri-stabillik də aradan qalxacaq. Amma Muradı o qədər döyüblər ki, onun daxili orqanları zədələnib, hər iki böyrəyi sıradan çıxıb.

Təqsirləndirilən 6 nəfərə - Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Füzuli Qəribov, Sahib və Aprel Xəlilovlara CM-in 126.3 (bir qrup şəxs tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmişin ِölümünə səbəb olduqda) və 138.2-1 (qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiqetmə - ehtiyatsızlıqdan şəxsin ِölümünə, yaxud sağlamlığına zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Hadisənin baş verdiyi evin sahibi V.İbrahimova həm də qanunsuz silah saxlamağa görə ittiham verilib. İddia olunur ki, prokurorluq əməkdaşları onun evində axtarış aparanda ov silahı tapıblar.

Təqsirləndirilən şəxslər ittihamı qəbul etməyiblər. Deyiblər ki, ِözlərini təqsirli bilmirlər. Bir də onlar mərhum M.Sultanovun atası Şahin Sultanovun məhkəmədə iştirakını tələb ediblər.

Ş.Sultanov zərərçəkmişin hüquqi varisi qismində tanınsa da, məhkəməyə gəlməyib. Amma onu təmsil edən vəkili var. Təqsirləndirilən şəxslər isə bunu yetərli saymır, onun ِözü olmadan məhkəmənin davam etdirilməsinə etiraz ediblər: «Onu atası ِözü gətirmişdi. Baş verənlərin hamısını da ِözü görüb. Ona görə də xahiş edirik, özü bura gəlsin, dindirilsin. Onun gəlməsi vacibdir».

Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-in 126.3 maddəsində 9 ildən 12 ilə qədər, 138.2-1 maddəsində isə 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG