Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:13

Trump-ın impiçment məsələsi ilə bağlı ABŞ-da 3-cü adam həbs olunub


ABŞ prezidenti Trump-ın şəxsi vəkili Rudy Giuliani (sol) və Ukrayan-Amerikalı sahibkar Lev Parnas Vaşinqtonda Trump beynəlxalq hotelində, 20 sentyabr 2019
ABŞ prezidenti Trump-ın şəxsi vəkili Rudy Giuliani (sol) və Ukrayan-Amerikalı sahibkar Lev Parnas Vaşinqtonda Trump beynəlxalq hotelində, 20 sentyabr 2019

Trump-ın şəxsi vəkili Rudy Giuliani-nin işi ilə bağlı daha bir nəfər, San Fransiskolu biznesmen Andrei Kukushkin həbs olunub. CBS-nin məlumatına görə, o, seçki kampaniyasının maliyyələşdirlməsi qaydalarını pozmaqda günahlandırılır.

Bu məsələ ilə bağlı ümumilikdə 4 nəfər günahlandırılır. Onlar ukraynalı Lev Parnasuss, belaruslu İgor Fruman və hazırda axtarışda olan amerikalı David Correiadır. Prokurorlar hesab edirlər ki, günahlandırılan şəxslər məlum olmayan bir rus sahibkarı ilə əlaqə saxlayaraq onun pulunu müxtəlif seçki kamnayalarına köçürüblər. Məqsəd həmin sahibkarın xeyrinə olan nəticələrin əldə olunmasına çalışmaq olub. Şübhəli bilinənlər güya bu vəsaiti Respublikaçılar partiyasına ianə kimi köçürüblər. Bundan başqa onlar Trump-ın seçki kampaniyasına 325 min dollar pul köçürüblər ki, bu da qanunla icazə verilən məbləğdən çoxdur.

ABŞ prezidentinin şəxsi vəkili ilə bağlı araşdırmalara başlanılıb

ABŞ prezidentinin şəxsi vəkili Rudolph Guliani ilə bağlı prokurorluq araşdırmalara başlayıb. Bu barədə The New York Times yazıb.

Qəzetin yazdığına görə, vəkil lobbi qanunlarını pozmaqda şübhəli bilinir. İstintaq Trumpın vəkilinin köməkçiləri olan iş adamları Lev Parnassus və İqor Frumana qarşı işlə bağlıdır. Bu həftə həbs olunan sovet əsilli hər iki şəxs seçki kampaniyasındakı maliyyə pozuntularında ittiham olunur.

Federal prokurorluq həmçinin vəkil Gulianinin ABŞ-ın Ukraynadakı səfirinin istefası ilə bağlı əlaqələrini də araşdırır. Bu istefada onun təsirin olduğu ehtimal edilir.

Guliani səfirin istefasında iştirakının olmasını təkzib etsə də, köməkçiləri və Ukrayna prokurorları ilə səfir Mary Jovanovic-in haqqında, eləcə də ABŞ-ın keçmiş vitse-prezidenti Co Biden və oğlu Hunter haqqında məlumat topladıqlarını inkar etməyib.

Biden və onun oğluna qarşı araşdırmalar Trumpa qarşı impiçment prosedurlarının gündəmə gəlməsinə səbəb olub. Associated Press-in məlumatına görə, Mary Jovanovic Trump-ın şəxsi vəkili Gulianinin xahişlərini yerinə yetirmədiyi üçün istefaya göndərilib.

Məlumatlara görə, guya səfir bütün xahişlərin diplomatik protokola uyğun olaraq rəsmi kanallarla ötürməsini tələb edib .

Jovanovic özü Trump-ın impiçment məsələsi ilə bağlı Konqressdəki qapalı dinləmələrdə çıxış edib. Washington Post-un yazdığına görə, keçmiş səfir bəyan edib ki, onun istefası vəkil Gulianinin şikayəti əsasında Trumpın təzyiqləri ilə bağlıdır

Məsələ ilə bağlı Reuters sualarını cavablandıran Guliani «Mən heç vaxt heç kimə lobbilik etməmişəm . Əgər onlar məndən soruşmaq istəsəydilər mən sübut etməyə şad olardım. Amma onlar bunu etmədilər» deyə bildirib.

New York Times-dakı yazıya Trump da münasibət bildirib. «Beləliklə indi onlar əfsanəvi "cinayətkarlığa qarşı" mübariz, Nyu York tarixində ən möhtəşəm merə qarşı araşdırmalara başlayıblar. Bəzən o bir qədər kobud görünə bilər, amma o əla oğlan və gözəl vəkildir" deyə ABŞ prezidenti şəxsi vəkilini müdafiə edib.

XS
SM
MD
LG