Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:26

Navalny bu dəfə azərbaycanlı teleaparıcıya ‘ilişdi’


Nailə Əsgərzadə
Nailə Əsgərzadə

Aleksey Navalny-nın Korrupsiya ilə Mübarizə Fondu (KMF) iddia edib ki, Rusiya dövlət telekanalının aparıcısı Nailə Əsgərzadə Bombardier Global 6000 biznes təyyarəsindən və 62 metrlikSEA&US yaxtasından istifadə edir.

KMF bildirir ki, jurnalistin Instagram hesabındakı şəkilləri təyyarə və gəmilərin hərəkətinə dair açıq informasiya ilə tutuşdurub.

Eyni zamanda fond bunu da bildirir ki, yaxtanın fotoşəkli o Barselonada dayanarkən çəkilib.

Bu yaxta Əsgərzadənin şəkillərini dərc etdiyi yaxtanın eynidir.

Sözü gedən təyyarə - biznes-cet isə Belizdə ofşor şirkətdə qeydiyyatdan keçirilib, lakin mənfəətdarları bilinmir.

Təyyarənin bundan əvvəlki sahibi Rusiyanın VTB bankının strukturlarından biri olub.

Bombardier Global 6000 təyyarəsinin təxmini qiyməti 60 milyon dollardır, lakin KMF istisna etmir ki, təyyarə icarədədir.

İcarə qiymətinə gəlinsə isə bu təyyarənin bir saatlığa fraxtlanması 559 min rubla (8700 dollar) başa gəlir.

Yaxta da ofşorda qeydiyyatdadır və qiyməti 62 milyon dollardır.

Navalny ehtimal edir ki, Əsgrəzadəyə təyyarə və yaxtadan istifadəyə onun VTB-nin rəhbəri Andrey Kostinlə “xüsusi münasibətləri” imkan verir.

Navalny qeyd edir ki, Əsgərzadə belə şeyləri öz puluna ala bilməz:

"O Rossia 1 telekanalında aparıcıdır və Solovyov və ya Kiselyov kimi təbliğat ulduzu deyil”.

Müxalifətçi əlavə edir ki, bunları almağa heç Kostinin də maaşı çatmaz.

Currentime saytının yazdığına görə KMF habelə milliyyətcə azərbaycanlı Nailə Əsgərzadəyə aid olan daşınmaz əmlakı araşdırıb.

Daşınmaz əmlakın vahid dövlət reyestrindən iki çıxarışdan məlum olur ki, 2015-ci ildən Nailə Vaqif qızı Əsgərzadə Moskva ətrafındakı “Jukovka-3” kotec qəsəbəsində 53 sot torpaq sahəsinə və sahəsi 923 kvadratmetr olan evə sahibdir.

Bundan əvvəl Proyekt saytı onun “Novaya Ostojenka” yaşayış kompleksindəki iki mənzilindən yazmışdı.

KMF daşınmaz mülkiyyət reyestrindən daha iki çıxarış təqdim edib. Bu sənədlərdən məlum olur ki, Əsgərzadə 2011-ci ildən sahəsi 229 kvadratmetr və 2014-cü ildən isə sahəsi 155 kvadratmetr olan mənzillərin sahibidir.

Andrey Kostin
Andrey Kostin

Fond bildirir ki, 2019-cu ilin aprelində mediaya nəzarət edən Roskomnadzor internet resurslarda Rusiyanın VTB dövlət bankı və onun rəhbəri Andrey Kostin, habelə Nailə Əsgərzadə barədə minədək materiala çıxışı bloklayıb.

Aprelin 4-də Baza nəşri bildirirdi ki, “Yandeks.Dzen” axtarış mühərriki əvvəlcə VTB-yə, sonra isə Nailə Əsgərzadəyə məxsus olan yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı internetdən silib.

Məqalədə deyilir ki, Əsgərzadə bu mənzilə VTB rəhbəri ilə münasibətləri sayəsində sahiblənə bilərdi.

Nailə Əsgərzadə 1987-ci ildə Azərbaycanda doğulub. Ailəsi ilə birlikdə Rusiyaya köçüb, orta təhsilini də orada alıb.

2011-ci ildən Rossia 1 dövlət telekanalının aparıcısıdır.

Onun müsahibə proqramının qonaqları bir qayda olaraq Rusiyanın zəngin və nüfuzlu insanlarıdır.

Bunların arasında Ramzan Kadyrov, Alisher Usmanov, Oleg Deripaska, Vladimir Potanin, habelə Rusiya xarici kəşfiyyat idarəsi SVR-in başçısı Sergey Narishkin olub.

XS
SM
MD
LG