Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:38

Kreml Putinin keçmiş sovet respublikalarına ərazi iddiası olmadığını deyir


Ukraynada anti-Putin plakatlarından biri
Ukraynada anti-Putin plakatlarından biri

Kreml Rusiya prezidenti Vladimir Putinin müsahibəsindən sonra Moskvanın keçmiş sovet respublikalarına ərazi iddiaları olduğuna dair fikri inkar edib.

Putin bu müsahibəsində demişdi ki, SSRİ dağılanda, bəzi respublikalara Rusiyanın əzəli torpaqlarından da “bəxşiş” düşüb.

Vladimir Putinin sözçüsü Dmitry Peskov iyunun 22-də jurnalistlərə deyib:

"Yox, Rusiyanın öz qonşularına ərazi iddiaları yoxdur”.

Putin sözü gedən fikirləri “Rusiya. Kreml. Putin” adlı sənədli filmdə verdiyi müsahibədə səsləndirmişdi.

O demişdi ki, bəzi respublikalar 1991-ci ildə SSRİ dağılanda “ərazi hədiyyəsi” ilə ayrılıblar.

Bu sənədli filmdə Rusiya prezidenti keçmiş 14 respublikadan hansını nəzərdə tutduğunu bildirmir.

İyunun 21-də efirə verilmiş sənədli filmdə Putin deyir ki, “Sovet İttifaqı yaradılanda respublikalara ayrılmaq hüququ verilsə də, ayrılmağın prosedur məsələləri razılaşdırılmamışdı”.

Belarus və Qazaxıstan daha çox narahat olub

Putin habelə Krımın Ukraynadan ilhaq edilməsini “yarımada əhalisinin demokratik seçimi” adlandırır:

"Krım həmişə bizim olub. Hətta hüquqi baxmdan belə”.

Rusiyanın 2014-cü ildə Krımı zorla ilhaq etməsi, habelə bunun ardınca Ukraynanın şərqindəki separatçılara dəstək verməsi Moskva-Kiyev münasibətlərini tamamilə alt-üst edib.

Bu hadisə xüsusilə də sərhəd bölgələrində əhəmiyyətli sayda rus yaşayan Qazaxıstan və Belarusu narahat edib.

Peskov deyib ki, Putin ümumilikdə keçmişdə yol verilmiş səhvlərdən danışıb. O Putinin işlətdiyi “hədiyyə” sözünü şərh etməyib.

XS
SM
MD
LG