Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:33

Şirkətlər vaksini maya dəyərinə satacaqlarını deyirlər


Oksford Universitetində vaksin sınağı
Oksford Universitetində vaksin sınağı

“İlin sonunadək vaksini istehsal edəcəyimizə ümid edirik… hər şey yaxşı getsə, hətta bir az da tez”, – Pascal Soriot iyulun 21-də RTL-ə deyib

İlin sonunadək Oksford Universiteti və AstraZeneca tərəfindən hazırlanmış koronavirus vaksini dünya üzrə əlçatan olacaq, dozası 3 dollardan da ucuz satılacaq. Bunu şirkətin baş direktoru bildirib.

“İlin sonunadək vaksini istehsal edəcəyimizə ümid edirik… hər şey yaxşı getsə, hətta bir az da tez”,Pascal Soriot iyulun 21-də RTL-ə deyib.

Onun sözlərinə görə, məqsəd vaksini “maya dəyərinə” satmaqdır və birinin qiyməti 2,5 avro (2,8 dollar) dəyərləndirilir.

Bu həftə “The Lancet” dərgisində dərc olunmuş nəticələrə görə, vaksin adına namizəd təhlükəsizdir, immun reaksiyası doğurur. Soriot deyib ki, vaksin 1-ci və 2-ci mərhələ sınaqlarından yaxşı çıxıb, ciddi yan təsirlər verməyib.

İndi daha geniş nümunələr üzərində 3-cü sınaq aparılacaq.

“Qeyri-kommersiya” qiyməti

ABŞ-ın Johnson & Johnson şirkəti də vaksinin “qeyri-kommersiya” qiymətinə təmin olmağa boyun olub.

Digər şirkətlər – Pfizer, Merck & Co.Moderna iyulun 21-də konqresmenləri əmin ediblər ki, vaksin satışından qazanc götürməyəcəklər.

Merck şirkətinin təmsilçisi Julie Gerberding Nümayəndələr Palatasının altkomitəsində danışıb. Ancaq nə o, nə də Moderna-nın təmsilçisi vaksinlərin hansı qiymətə satılacağını açıqlamayıblar. Merck-in potensial vaksininin insan üzərində tədqiqatı hələ başlamayıb.

Çinin Vuhan şəhərində 500-dən çox insan üzərində aparılan sınaq isə genişmiqyaslı anticism immun reaksiyasının yarandığını göstərib. Koronavirus ötən ilin sonunda məhz Vuhanda peyda olub.

Hazırda dünya üzrə 150-dən artıq koronavirus vaksini hazırlanma mərhələsindədir, 20-dən artıq vaksin artıq insan üzərində sınaqdan keçirilir. Məqsəd pandemiyaya son qoymaq, milyardlarla insanı infeksiyadan qorumaqdır.

Birləşmiş Ştatlar vaksinlərin hazırlanmasına milyardlarla dollar xərcləyir.

XS
SM
MD
LG