Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:34

Ehtiyatda olan hərbi vəzifəlilər təlim toplanışlarına çağırılır


Təlimlər. Foto arxiv
Təlimlər. Foto arxiv

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycanda ehtiyatda olan hərbi qulluqçuların təkrar xidmətə çağırılması ilə bağlı məlumatlar yayılır. Hətta bəzi sosial şəbəkə istifadəçiləri bunu qismən səfərbərlik kimi dəyərləndirir.

Bu məsələ ilə bağlı bu gün, sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də məlumat yayıb.

""Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir", - məlumatda yazılıb.

Müşavirədə nazirin tapşırıqları

Sentyabrın 19-da müdafiə naziri Zakir Həsənov da Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirmişdi.

Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar, Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi qarşı tərəfin vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. "Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır", - deyə o qeyd edirdi.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutublar. Bu münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs razılaşması olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına aid məlumatlar yayılır. Buna görə tərəflər, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG