Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:36

Suriyaya pul göndərməkdə suçlanan: '500 dollarla İŞİD-i maliyyələşdirərlər?'


"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

"Arvadım İŞİD-ə qoşulub"

Bu gün Azərbaycandakı cəzaçəkmə müəssisələrində onlarla məhkum var ki, Suriyada, Əfqanıstanda terrorçu qruplaşmaların tərkibində vuruşmaqda suçlanaraq cəzalandırılıb. Bir sıra şəxslər də var ki, həbs olunsalar da, barələrində yekun məhkəmə hökmü hələ məlum deyil. Onlardan biri də Sabirabad sakini Cavid Əmənovdur.

1 il 4 aydır ki, həbsdə olan C.Əmənovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona qarşı CM-in 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) və 214-1 (terroru maliyyələşdirmə) maddələri ilə ittiham irəli sürülüb. İddia olunur ki, o, Suriyaya - vaxtilə Azərbaycanda birlikdə işlədiyi Xəyal Nuriyevə pul göndərib. Həmin vəsaitlər də son nəticədə İŞİD-ə çatıb.

Cinayət işinin materiallarında yazılıb ki, C.Əmənovun evindəki kompüter və telefonunda dini ekstremizmi ehtiva edən materiallar aşkarlanıb.

C.Əmənov isə deyir ki, istəsəydi belə, İŞİD-i maliyyələşdirmək imkanı yox idi. Çünki özü ailəsini çətinliklə dolandırırdı, bəzən başqalarından borc aldığı da olurdu.

"Necə kömək eləməyim?"

X.Nuriyevə pul göndərdiyini təsdiqləyən C.Əmənovun sözlərinə görə, onun Suriyada yox, Türkiyədə olduğunu bilib. Pulu da vaxtilə birlikdə işlədiyi adamın xəstə övladının müalicəsinə yardım olaraq göndərib: "Adam deyir ki, uşağım xəstədir, pul istəyir, necə göndərməyim? 500 dollar göndərməklə İŞİD-i maliyyələşdirmək olar?".

C.Əmənov özü də inanclı olduğunu, 2010-cu ildən "əhli-sünnə" təriqətinə uyğun ibadət etdiyini təsdiqləyib. Bildirib ki, X.Nuriyevlə də 2013-cü ildə Ramazan ayında Şirvan şəhərindəki məsciddə tanış olublar. Söhbət əsnasında Xəyal işsiz olduğunu deyib. Bir müddət sonra qərara gəliblər ki, birlikdə ticarətlə məşğul olsunlar. Lakin qazanc olmayıb deyə, ticarət uzun çəkməyib. Onun sözlərinə görə, maddi durumu ağır olan X.Nuriyev əvvəl Dağıstana fəhləlik etməyə gedib. Oradan da Türkiyəyə köçüb.

"2017-ci ildə mesaj yazıb pul istədi. Dedi ki, qızı xəstəliyə tutulub, həyat yoldaşı da hamilədir. Necə kömək eləməyim?", – C.Əmənov məhkəmədə bildirib.

Məhkəmədə onun vəkili vəsatət qaldırıb ki, iş istintaqa qaytarılsın, yenidən araşdırma aparılsın. Amma vəsatət təmin olunmayıb.

C.Əmənov 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Məhkəmə prosesi davam edir.

XS
SM
MD
LG