Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:20

Avro-2020-nin Bakı planları dəyişməyib


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Avro-2020-nin İsveçrə, Türkiyə və Uelsin iştirakıyla üç oyunu iyunda Bakıda keçirilməlidir. İyulun 3-nə isə 1/4 final mərhələsinin oyununun 68 min yerlik Olimpiya Stadionunda keçirilməsi planlaşdırılır

UEFA-nın gələn il Avropa Çempionatı oyunlarının bir neçəsini Azərbaycanda keçirmək planı qüvvədə qalır. Bu həftə qurum belə bir qərar vermişdi ki, Ermənistanla münaqişə səbəbindən “əlavə informasiya verilənədək” oyunlar Bakıda keçirilə bilməz.

Avro-2020-nin İsveçrə, Türkiyə və Uelsin iştirakıyla üç oyunu iyunda Bakıda keçirilməlidir. İyulun 3-nə isə 1/4 final mərhələsinin oyununun 68 min yerlik Olimpiya Stadionunda keçirilməsi planlaşdırılır.

Azərbaycan 24 komandanın qatılacağı çempionatın ev sahibi ölkələr sırasındadır. Oyunlar koronavirus pandemiyasına görə bir illiyə təxirə salınıb.

ABŞ danışıqları Qarabağda münaqişəyə nə vəd edir
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

“Şərtlər uyğun deyil”

İki həftə öncə UEFA Azərbaycan və Ermənistanda keçirilməsi planlaşdırılan Millətlər Liqası oyunlarını münaqişə səbəbindən neytral ölkələrə keçirib.

“UEFA belə bir fikirdədir ki, hazırda UEFA-nın bu ölkələrdə oyun keçirməsi üçün şərtlər uyğun deyil”, – qurum bəyanatında bildirirdi.

“The Associated Press” yazır ki, UEFA regionda vəziyyətin monitorinq ediləcəyini deyir. Eyni zamanda 20 oktyabr qərarının “gələn ilin iyununda Bakıda UEFA Avro-2020 oyunlarını keçirmək planlarına təsir göstərmədiyini” bildirir.

Oktyabrın 29-da Qarabağ Avropa Liqası çərçivəsində Villarreal ilə Bakıda qarşılaşmalıydı. Ancaq indi bu oyunun neytral məkanda keçirilməsi planlaşdırılır.

Bu ay Azərbaycanın oyunu Albaniyada, Ermənistanınkı isə Polşada keçirilib.

2007-ci ildən təhlükəsizlik səbəblərindən UEFA Ermənistan və Azərbaycanın milli və klub komandalarını fərqli qruplara salıb.

Sentyabrın 27-dən təmas xəttində başlanan əməliyyatlarda mülki şəxslər daxil olmaqla 800-dən çox insan həlak olub. Azərbaycan 90 civarında kəndini, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərini işğaldan azad etdiyini bildirir.

XS
SM
MD
LG