Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:45

‘Bu, regional maraqların müvəqqəti uzlaşdırılması üzərində qurulmuş format olacaq’


Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanı birləşdirəcək yeni dəmiryolu layihəsi
Azərbaycan, Türkiyə, Rusiya və Ermənistanı birləşdirəcək yeni dəmiryolu layihəsi

Bir müddət öncə, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti il keçirdiyi birgə mətbuat konfransında 3+3 formatında ( Bu formata ümumilikdə Azərbaycan,Türkiyə,Rusiya, İran, Gürcüstan və Ermənistan daxil edilir ) mümkün əməkdaşlıqdan bəhs edib.

Amma o, bu formatda Ermənistanın da iştirakı üçün onun Azərbaycana qarşı ərazi iddialardan əl çəkməli olduğunu söyləyib. Bu günlər İranın Xarici İşlər naziri Cavad Zərif də bölgəyə son səfərində həmin formatda əməkdaşlıqdan bəhs edib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iranlı həmkarı ilə birgə mətbuat konfransında ““3+3” formatı ilə Cənubi Qafqazda sülhü davamlı hala gətirmək istəyirik” deyə vurğulayıb.

Türkiyə və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Cavad Zərif, İstanbul, 29 yanvar 2021
Türkiyə və İranın xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Cavad Zərif, İstanbul, 29 yanvar 2021

AzadliqRadiosunun bu barədə sualını cavablandıran politoloq Qabil Hüseyn 3+3 formatı region üçün mütərəqqi adlandırıb. O, vurğulayıb ki, Ermənistan hər zaman “blokadadayam” deyərək siyasi-iqtisadi təbiğat aparır.Onun əlavə etməsinə görə, təklif olunan format Yerevanı blokadadan çıxarır və ardınca beynəlxalq layihələrə qoşur:

“Format Ermənistanın dünyaya açılmasına imkanlar verir”

“ Format Ermənistanın dünyaya açılmasına imkanlar verir. Ermənistanda ağıllı adamlar anlayır ki, 3+3 formatı baş tutsa, burda onlar qazanacaq. Mehri dəhlizi vasitəsilə Türkiyəyə uzanan yolla Avropaya, Azərbaycan dəmiryololarıyla Rusiyaya çıxacaq və Moskva onlara lazım olan malları göndərəcək. Üstəlik, Ermənistanın Gümrü-Qars dəmiryolu var, sovet dövründən qalıb”

Politoloqun vurğulamasına görə, illər öncə Türkiyə ilə sərhədlərin açılması gündəmə gələndə onlar təmir işlərinə başlamışdılar:

“ Həmin dəmiryolu da Bakı-Tbliisi-Qars dəmiryoluna qoşula bilər və Avropaya, Asiyaya çıxış əldə edər. Ermənistanın indiki vəziyyətini yola düşüb gedən qatara can atan insana bənzətmək olar. Qatara çatırlar, amma ola bilsin ki, qatarda ona ayrılan yer kupe, plaskart da ola bilər, bu, Ermənistanın davranışlarından asılıdır”.

“Gürcüstan Rusiya ilə bir blokda olmaq istəmir”

Qabil Huseynli, 24 fevral 2010
Qabil Huseynli, 24 fevral 2010

Qabil Hüseynli düşünür ki, 3+3 formatının reallaşmasına Gürgüstan-Rusiya münasibətləri əngəl sayıla bilər :

“Gürcüstan Rusiya ilə bir blokda olmaq istəmir, hələlik ilkin bəyanat belədir, səbəb də anlaşılan və məntiqlidir, çünki ərazisi işğaldadır. Amma iqtisadi baxımdan Gürcüstanın 3+3 formatına qoşulmaq səmərəlidir. Bütün hallarda proses yeni başladığından seçim Tbilisindir”.

Qabil Hüseynlinin fikrincə, formatın alınmasında əsas amil dövlətlərin səmimi yanaşması olacaq:

“Regionun iqtisadi inkişafı üçün 3+3 formatı idealdır, dəmiryolları, kommunikasiya xəttləri tamamilə yenidən qurulacaq. Alınmasa, ən azı 5 dövlətin inkişafı üçün format baş tutacaq. Əslində, format Avropa Birliyi üçün səmərəlidir, çünki formatın yaranması Avropa bazarına müsbət təsir edədək, logostik ehtiyaclarının daha da yaxşılaşmasını təmin edəcək”.

Başqa bir politoloq Nəsimi Məmmədli isə bildirib ki, Rusiya iqtisadi-siyasi baxımdan zəifləyir:

“Rusiya qərblə təkbaşına rəqabət apara bilməyəcəyini anlayır”

Moskva
Moskva

“Mövcud şəraitdə Cənubi Qafqazda Türkiyənin və İranın iştirakı olmadan Rusiya qərblə təkbaşına rəqabət apara bilməyəcəyini anlayır. Ümumiyyətlə Qafqaz regionunda gələcək sabitlik naminə region dövlətləri ilə yeni balansın və ittifaqın yaranmasına ehtiyatlı olsa da maraq göstərir. Faktiki olaraq, ABŞ-ın timsalında bütövlükdə qərbi regiondan kənar saxlamaq prosesində təkbaşına qalib gəlməsi çətindir. Ona görə mütləq region dövlətlərinin Cənubi Qafqazda siyasi iştirakı ilə bu və ya digər şəkildə barışmalı olub”.

Nəsimi Məmmədli 1997-ci ildə yaranan GUAM-ı ( Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) xatırladaraq əlavə edib ki, o təşkilatın məqsədləri başqaydı, daha çox Avropa Şurasına tam üzvülüyə can atan 4 post-sovet ölkəsinin siyasi-təhlükəsizlik maraqlarından yaranmışdı və Rusiyadan qorunmaq məqsədi güdürdü:

“ Amma sonrakı mərhələlərdə GUAM-ın aqibəti çox da uğurlu olmadı. xüsusilə ölkələrin Avropa Şurasına tam üzvülüyündən sonra dövlətlər tədricən müstəqil şəkildə siyasət yürütmək xəttini götürdülər və təşkilat gündəmdən çıxdı”.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından 30 il sonra postsovet məkanında həm siyasi-təhlükəsizlik maraqlarının, həm də iqtisadi-siyasi və başqa əlaqələrin yenidən təşkili prosesi gedir:

“ Əgər 1990-cı illərdən etibarən regionda daha çox Fransanın timsalında Qərbi Avropa və ABŞ iştirak edirdisə, indi artıq yeni ikitərəfli regional əlaqələr genişlənib. Azərbaycan Türkiyə ilə çox sıx münasibətlərdədir, kifayət qədər hərbi-siyasi yaxınlıq var və strateji müttəfiqdirlər. Regionun başqa güclü dövləti olan İran həm Ermənistan və Azərbaycana, həm də Gürcüstana da təsir göstərə bilir. Ona görə regionda yeni dəngələr yaranıb.

Gürcüstan bayrağı
Gürcüstan bayrağı

“Gürcüstan və Ermənistan da daha çox Qərbi Avropaya yaxınlaşmaq istiqamətində fəaliyyət göstərir”

O, sonra da deyib:

“Ancaq unutmamalıyıq ki, Azərbaycan Türkiyə ilə necə yaxın münasibətdədirsə, Gürcüstan və Ermənistan da daha çox Qərbi Avropaya yaxınlaşmaq istiqamətində fəaliyyət göstərir. Onların əsas siyasi strateji xətti bu vektor üzərindədir. Hətta Gürcüstan xeyli dərəcədə NATO ilə əməkdaşlıq istiqamətdə irəliləyib. Ermənistanın bu istiqamətdə fəal addımları isə 44 günlük müharibədən ( 2020-ci ildə II Qarabağ Müharibəsin nəzərdə tutur) sonra dayanıb və hələlik, açıq mövqelər ifadə olunmur. İndiyədək ABŞ Cənubi Qafqaz siyasətində hansısa dövləti ayrıca xüsusi himayə etmək siyasətindən uzaq olub.”

N.Məmmədlinin fikrincə, ABŞ-ın, hələlik, o siyasətini davam edəcəyi istisna deyil.

“Lakin ABŞ-ın öz əsas rəqibləri kimi gördüyü Rusiya və İranın, eləcə də hazırda münasibətləri böhranlı olan Türkiyənin bu regionda fəallığına sakit yanaşacağı da inandırıcı deyil. Hazırda regionda açar ölkə Azərbaycandır. Region dövlətləri Bakı ilə münasibətlərini normal tənzimləyəcəksə, sıx əməkdaşlıq mümkün olacaq. Çünki Azərbaycanın həm Orta Asiyaya, həm də qərbə çıxışı var.”, deyə Məmmədli söyləyib.
Nəsimi Məmmədli İranın xarici işlər naziri C. Zərifin müharibənin gedişində də regiona səfərini xatırladıb:

“...Bütün region dövlətləri eyni dərəcədə maraqlı deyil”

“İran hələ o vaxt Ermənistan-Azərbaycan arasında vasitəçilik etməyə can atırdı. Rusiya ilə bu istiqamətdə fəal diplomatiik əlaqələri var idi. Ancaq Azərbaycan İsrail və Türkiyə ilə hərbi-siyasi münasibətlərə görə bu məsələdə maraqlı olmadı. İndi müzakirə olunan 3+3 regional əməkdaşlıq formatında bütün region dövlətləri eyni dərəcədə maraqlı deyil. Belə bir əməkdaşlıq formatı yaranacağı təqdirdə, onun uzunmüddətli olması inandırıcı deyil. Çünki bu, regional maraqların müvəqqəti uzlaşdırılması üzərində qurulmuş format olacaq”.

XS
SM
MD
LG