Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:19

İranda 'Sputnik V' ilə vaksinasiya başlanır


İmam Xomeyni Xəstəxanası
İmam Xomeyni Xəstəxanası

Sputnik V-nin ilk partiyası Tehrana fevralın 4-də çatdırılıb. Hökumət fevralın 18-nə və 28-nə daha iki partiya gözlədiyini bildirib

İran Rusiya istehsalı olan Sputnik V vaksini ilə COVID-19-a qarşı peyvəndləməyə başlayıb.

“Rusiyanın Sputnik vaksini ilk olaraq mənim övladıma vurulacaq”, – Səhiyyə naziri Səid Namaki Tehranın İmam Xomeyni xəstəxanasında deyib. Mərasim fevralın 8-də televiziya ilə canlı yayınlanıb.

Səhiyyə nazirinin müavini Əlirza Rəisinin sözlərinə görə, vaksin ilk öncə yaşlılara, əngəllilərə və veteranlara vurulacaq.

AstraZeneca vaksini də alacaqlar

Sputnik V-nin ilk partiyası Tehrana fevralın 4-də çatdırılıb. Hökumət fevralın 18-nə və 28-nə daha iki partiya gözlədiyini bildirib.

Səhiyyə nazirliyinin sözçüsü Kianuş Cahanpur “AFP”yə deyib ki, ölkə 2 milyon doza vaksin alıb.

Ötən həftə “The Lancet” dərgisinin dərc etdiyi sınaq nəticələrinə görə, iki dozalı Sputnik V simptomatik COVID-19-a qarşı 91.6 faiz effekt göstərib.

Namaki Britaniyanın AstraZeneca şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı vaksindən 4.2 milyon doza alınacağını da sözlərinə əlavə edib. Bu, Dünya Səhiyyə Təşkilatının dəstəklədiyi COVAX mexanizmi çərçivəsində həyata keçiriləcək.

İranın özündə də vaksinlər üzərində iş gedir.

İranda koronavirusa 1.4 milyondan çox yoluxma təsdiqlənib, 58 min 500-dən çox xəstə vəfat edib.

XS
SM
MD
LG