Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37

Netanyahu gəmidə partlayışa görə İranı suçlayır


İsrail gəmisində partlayış Oman Körfəzində baş verib
İsrail gəmisində partlayış Oman Körfəzində baş verib

İran noyabrda baş nüvə aliminin qətlində İsraili günahlandırıb və bunu cavabsız qoymayacağını bildirib

İran təkzib edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ölkənin yük gəmisinə hücumun arxasında durması iddialarını “qətiyyətlə rədd edib”. O deyib ki, Netanyahu “İrana düşkünlükdən əziyyət çəkir”.

İran və regiondakı əlaltılarının son illər strateji Fars körfəzində gəmiçiliyə bir neçə hücumun arxasında durduğu güman edilir. 2019-cu ilin mayında Səudiyyənin iki neft tankerinə hücumda da İran ittiham olundu, amma Tehran ittihamları rədd elədi.

Ötən gecə Suriya dövlət mediası Dəməşqin cənubuna İsrail tərəfdən şübhəli raket zərbələri haqda məlumat yayıb. İsrail mediası zərbələrin gəmiyə hücuma cavab olaraq İran hədəflərinə endirildiyini bildirib.

İsrail indiyədək Suriyadakı İrana bağlı qüvvələrə yüzlərlə raket zərbəsi endirib, Tehranın bu ölkədə möhkəmlənməsinə mane olmağa çalışır.

***

İsrailin Baş naziri Bencamin Netanyahu ötən həftə Oman körfəzində İsrailə məxsus yük gəmisinə hücuma görə İranı ittiham edir.

“Bu, İranın əməliyyatı idi. Bu aydındır”, – Netanyahu martın 1-də “Kan” dövlət radiosuna müsahibədə deyib.

“İran İsrailin ən böyük düşmənidir və mən bunu dayandıracağam. Bütün regionda onu vururuq”, – Netanyahu İsrailin cavab tədbiri görüb-görməyəcəyi haqda suala belə cavab verib.

MV Helios Ray gəmisi Səudiyyənin Dammam limanından Sinqapura gedirdi, fevralın 25-də onda partlayış baş verib.

Qants da İranı göstərib

İsrailin Müdafiə naziri Benni Qants fevralın 27-də deyib ki, gəminin su səthindən yuxarıdan məruz qaldığı partlayışın arxasında İran durur.

“Gəminin nisbətən İranın yaxınlığında olması buna görə İranın məsuliyyət daşıması versiyasını gücləndirir, amma bu təsdiqlənməlidir”, – Qants “Kan” televiziyasına deyib.

“Hazırda, ilkin mərhələdə, yaxınlıq və konteksti nəzərə alaraq dəyərləndirməm belədir”, – Qants vurğulayıb.

İran noyabrda baş nüvə aliminin qətlində İsraili günahlandırıb və bunu cavabsız qoymayacağını bildirib.

Qantsın sözlərinə görə, İranın İsrail infrastrukturu və vətəndaşlarını hədəfə almaq istəməsi bəlli idi.

Partlayış nəticəsində canlı itki olmayıb, amma gəminin böyründə 1.5 metr diametrlik iki deşik yaranıb. Bunu gəminin sahibi Rami Unqar fevralın 26-da deyib.

Bahama bayrağı ilə üzən gəmi hazırda Dubaydadır, İsrailin təhqiqat qrupu araşdırma aparır.

XS
SM
MD
LG