Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:35

Avropada yoluxmalar azalır


İsrail, arxiv fotosu
İsrail, arxiv fotosu

Birləşmiş Ştatlarda COVID-19-un yayılması səngiyir, son 11 ayda yeni yoluxmalar ən aşağı həddə düşüb

BMT başçısı pandemiya ilə mübarizədə ‘müharibə iqtisadiyyatı’ndan danışır

BMT-nin Baş katibi Antonio Quterres dünyanın COVID-19-la “müharibə” vəziyyətində olduğunu deyib, pandemiya ilə mübarizə vasitələrinə ədalətsiz çıxışa müharibə məntiqinin tətbiqinə çağırıb.

“Bizə müharibə iqtisadiyyatının məntiqi və zərurəti lazımdır, silahlarımızın gücünü artırmalıyıq”, – o, mayın 24-də Dünya Səhiyyə Təşkilatı (DST) üzvlərinin Cenevrədə illik iclasında deyib.

500 milyonadək iş yeri itirilib

Quterres pandemiyanın səbəb olduğu “iztirab sunamisi”ni pisləyib, virusdan 3.4 milyondan çox insanın öldüyünü, 500 milyonadək iş yerinin itirildiyini qeyd edib. Virus 2019-cu ildə Çində peyda olub.

DST və digər qurumlar COVAX vaksin paylaşımı sxemi qurublar, amma təşəbbüs maliyyə qıtlığı, vaksin çatışmazlığı yaşayır ki, bu da yoxsul ölkələrdə vaksinasiyanı ləngidir.

Bu günədək dünya əhalisinin 10 faizə qədərinin yaşadığı ən yoxsul ölkələrdə COVID-19 vaksinlərinin cəmi 0.3 faizi vurulub.

Ötən həftə Quterres Böyük 20-liyin (G20) aparıcı iqtisadiyyatlarını işçi qrup yaratmağa, vaksin istehsal etmək qabiliyyəti olan, yaxud bu prosesə təkan verə biləcək ölkələri bir araya gətirməyə çağırıb. Onun sözlərinə görə, işçi qrupu vaksinlərə, infeksiyanın müalicəsi və diaqnostikasına bərabər çıxışı yoluna qoymalıdır.

***

Birləşmiş Ştatlarda və Avropada vaksinasiya nəticəsini verir, koronavirusa yoluxmalar və ölümlər azalır və səhiyyə qadağaları qaldırılır.

İsrailin Səhiyyə Nazirliyi mayın 23-də bildirib ki, hökumət təsdiqləyərsə, iyunun 1-dən qadağaların hamısı qaldırılacaq.

Dekabrda sürətli vaksinasiyaya başlanmış İsraildə yoluxmalarda, ölüm hallarında dramatik azalma qeydə alınıb.

Britaniya, Çexiya

Nəticədə peyvənd olunmuş, yaxud Covid-19-dan sağalmış şəxslər üçün barlar, restoranlar, digər məkanlar yenidən açılıb.

Yeni qaydalar isə bütün əhali, hətta peyvənd olunmayanlar üçün belə girişin təmin olunması deməkdir.

Avropada bir sıra ölkələr qadağaları daha da yüngülləşdirib, yaxud iyunda buna gedəcəyini açıqlayıb.

Britaniyanın Səhiyyə naziri Mət Henkok deyib ki, ictimaiyyət ehtiyatlı davranarsa, iyunun 21-dən ölkədə acılımın son mərhələsinin gerçəkləşəcəyinə “getdikcə inamı artır”.

Çexiyanın Baş naziri Andrey Babiş isə iyunun 14-dən koronavirus qaydalarını yüngülləşdirmək qaydalarını açıqlayıb. Qapalı məkanlarda nahara və konsertə icazə verilə bilər. Hökumət bu təklifi mayın 24-də müzakirə edəcək.

9.8 milyon əhalisi olan Macarıstanda həftəsonu vaksinin birinci dozasını alanların sayı 5 milyonu keçib. Ölkə qadağaları yüngülləşdirəcəyini bildirib.

Qayğısız yaydan ötrü...

Almaniya yoluxmaların üçüncü dalğasının qarşısını alıb, amma yoluxma sayı hələ azaldılmalıdır. Bunu Səhiyyə naziri Jens Spahn mayın 23-də deyib və məhdudiyyətlərin tədricən qaldırılacağını vurğulayıb.

“Hava düzəlir, vaksin olunanların sayı artır, yoluxma səviyyələri azalır. Məhdudiyyətlər bir-bir qaldırılacaq”, – Spahn “Bild am Sonntag” qəzetinə deyib.

“Uzun, qaranlıq qış aylarından sonra bu çox vacibdir. Amma qayğısız yaydan ötrü yoluxma əmsalını azaltmalıyıq”, – o deyib.

Birləşmiş Ştatlarda COVID-19-un yayılması səngiyir, son 11 ayda yeni yoluxmalar ən aşağı həddə düşüb. Vaksinasiya kampaniyası sürətləndikcə qlobal pandemiyanın təsirlərinin azalacağına ümid artır.

Hindistanda isə koronavirusdan ölüm 300 mini keçib və ölkə bu göstəriciyə görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yerə çıxıb.

Amma Hindistanda yoluxma və ölümlərin daha yüksək olduğu düşünülür.

XS
SM
MD
LG