Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:17

Nazir: 'Bütün bunların seçkiqabağı dövrdə baş verməsi...'


Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

Ekspert xəbərdarlığı: Gədəbəy və Qazaxla sərhədə görə Ermənistanla mübahisə qızışa bilər

"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı Ermənistanın isterik davranışları anlaşılan deyil". Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədində son dövrlərdə baş verən hadisələri şərh edərkən bildirib. Onun deməsinə görə, Azərbaycan hərbçiləri Ermənistan ərazisində deyil, ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövqe tuturlar: "Delimitasiya ilə bağlı vəziyyəti gərginləşdirmək cəhdləri Ermənistandakı daxili siyasi proseslərdə olan gərginlik və qeyri-sabitlikdən irəli gəlir. Bütün bunların seçkiqabağı dövrdə baş verməsi də bunu təsdiqləyir".

Onun sözlərinə görə, Ermənistanda bu vəziyyətdən istifadə edən siyasi qüvvələr seçkiqabağı kampaniyada rəqiblərinə zərbə vurmağa çalışırlar. (Ermənistanda iyunun 20-də parlament seçkiləri keçirilməlidir)

"Ümumiyyətlə, biz bu tendensiyanı çox zərərli hesab edirik, onu üçtərəfli bəyanatın icrasına və bölgədəki sabitliyə zərbə kimi qəbul edirik", - nazir vurğulayıb.

Ermənistan seçkiqabağı kampaniyalara hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb. Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb.

Ermənistandan isə deyirlər ki...

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir. Onun sözlərinə görə, həmin vaxt Ermənistan ordusunun altı hərbi qulluqçusu ölkənin suveren ərazisində sərhədi sahmana salır, minalama işləri həyata keçirirdilər, xəbərdarlıq nişanları da qoyulurdu: "Yəni, bu işlər təxribat məqsədi daşımırdı. Bu addımlar bizim sərhədlərin mühafizəsi səviyyəsini yüksəltmək üçün atılmışdı. Sonradan bizim hərbi qulluqçuların əsir alınması haqda məlumat yayıldı. Bütün səbəblər, əlbəttə, araşdırılmalıdır, amma bu, mahiyyətcə əsir edilmə deyil. Ermənistan Respublikası ərazisindən bizim hərbçilərin oğurlanması baş verib".

Azərbaycanlı hüquq müdafiəçiləri erməni əsirləri azad etməyə çağırıblar
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

"Rusiya Paşinyanın reytinqini azaldır"

Politoloq Şahin Cəfərli isə deyib ki, bu baş verənlər son günlər Ermənistan tərəfinin təxribatlarına cavabdır. Amma o, Rusiyanın bu hadisələrdə iştirakını da istisna etməyib. "10 noyabr sazişindən sonra Rusiyanın regionda əhəmiyyəti artıb. Moskva cari və strateji məqsədlər güdərək idarə olunan gərginlık siyasətinin olmasında maraqlıdır", - politoloq qeyd edib.

Onun fikrincə, cari məqsəd hazırkı mərhələyə aiddir: "Rusiya Ermənistanda seçkilərdə hazırkı Baş nazir Nikol Paşinyanın uduzmasında maraqlıdır. Rusiya göstərir ki, Nikol Paşinyan nəinki müharibədə, təhlükəsizliyin təminatında da acizdir. Korrupsiya məsələsində Paşinyan rəqiblərinə qarşı söz deyə bilirsə, təhlükəsizlik mövzusunda onun rəqiblərinə, Robert Koçaryana qarşı deyəcək sözü yoxdur. Rusiya seçkiqabağı prosesdə Nikol Paşinyanın reytinqini azaldır".

Ş.Cəfərli
Ş.Cəfərli

"Rusiya tələsir"

Ş.Cəfərli deyir ki, strateji məqsəd isə 10 noyabr 2020, 11 yanvar 2021-ci il bəyanatlarında yer alan yolların açılması və regionda iqtisadi əlaqələrin bərpa olunmasıdır: "Bu işlərdə Rusiya tələsir. Sərhədlərin müəyyən edilməsi prosesləri çətin və uzun sürəndır, hətta dost ölkələr olan Gürcüstanla Azərbaycan indiyə qədər bu işi görə bilmirlər. Buna baxmayaraq, Azərbaycanı Rusiyanın yaratdığı bloklara cəlb etmək üçün Rusiya regionda kommunikasiyaların açılmasına tələsir. İki dövlət bir-birini tanıyaraq müharibədən vaz keçməlidir, iqtisadı işbirliyi yaratmalıdırlar".

Ş.Cəfərlinin xatırlatmasına görə, Rusiya xarici işlər nazirinin müavini deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapısı Azərbaycana açıqdır.

Azərbaycan hansı əraziləri dəyişdirə bilər?
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

"Ermənistanla Azərbaycan arasında münaqişə Moskvanın bu niyyətinə mane olur. Ona görə Rusiya idarə olunan gərginlik siyasətini reallaşdırmaqla deyilən məqsədə nail olmaq strategiyasını güdür - regionda Moskvanın idarəsi ilə sabitlik və Azərbaycanın rusiyayönümlü təşkilatlara qəbul olunması"

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG