Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:52

‘Qurana and iç ki, VPN-dən istifadə etməyəcəksən’


İllüstrativ foto
İllüstrativ foto

Türkmənistan hakimiyyəti illərdir Facebook, YouTube, Twitter daxil olmaqla saysız vebsaytları bloklayıb

Türkmənistanda internet istifadəçiləri virtual özəl şəbəkələrdən (VPNs) istifadə etməyəcəklərinə dair Qurana and içməyə məcbur edildiklərini deyirlər.

Bəzi internet istifadəçiləri bu haqda AzadAvropa/AzadlıqRadiosu-na danışıblar. Onların deməsinə görə, evlərinə internet xətti çəkilməsi üçün müraciət edəndə hakim orqanlar onlardan tələb edirlər ki, VPN-dən heç vaxt istifadə etməyəcəklərinə dair müsəlmanların müqəddəs Quran kitabına and içsinlər.

VPN-lər Türkmənistanda qanunsuz olsa da, hökumətin internet qadağalarından yan keçmək üçün geniş istifadə olunur.

“Bilmirəm neyləyim”

“Evimdə Wi-Fi quraşdırılmasından ötrü gərəkən sənədləri verib, anketləri doldurandan sonra ilyarım gözlədim. İndi deyirlər ki, VPN-dən istifadə etməyəcəyimlə bağlı Qurana and içməliyəm, amma VPN-siz də heç nəyə girmək olmur axı. Bilmirəm neyləyim”, – özünü Aynur kimi təqdim edən internet istifadəçisi avqustun 9-da radioya deyib.

AzadlıqRadiosu-nun yerli müxbirinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin bir rəsmisi hər bir internet istifadəçisindən VPN istifadə etməyəcəyi ilə bağlı Qurana and içməyi tələb edir.

Türkmənistan hakimiyyəti illərdir Facebook, YouTube, Twitter daxil olmaqla saysız vebsaytları bloklayıb. VPN xidmətləri təklif edən saytlar da həmin siyahıdadır. Mobil telefonlara bu xidmətləri quraşdıranlar isə həbsə atılıb.

İnternet senzurasına görə Türkmənistan dünyada ən axırıncı yerlərdədir. Onun “qonşuları” Belarus, Çin, İran, Şimali Koreya və Suriya kimi ölkələrdir. Kibertəhlükəsizlik və onlayn gizliliklə bağlı informasiya yığan Comparitech vebsaytı ötən həftə bu haqda hesabat açıqlayıb.

XS
SM
MD
LG