Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

ABŞ və Avrozonada iqtisadi durum necədir?


Dollar/Avro
Dollar/Avro

Peyvəndə bağlanan ümidlər

Ötən il iqtisadi aktivliyin zəifləməsi, üstəlik, hökumət xərclərinin artması bir çox ölkəni iqtisadi çətinliklə üz-üzə qoymuş, ilboyu qlobal toplam daxili məhsulun həcmində 3 faizi aşan azalma qeydə alınmışdı.

Bu ilin əvvəllərindən bəri koronavirus əleyhinə peyvəndləmənin başlaması dünya iqtisadiyyatında aktivliyin bərpa olunacağına ümidləri artırıb. Beynəlxalq Valyuta Fondunda (BVF) da düşünürlər ki, daha aktiv peyvəndləmə aparan gəlişmiş ölkələrdə peyvəndləməni nisbətən zəif aparan azgəlişmiş ölkələrlə müqayisədə daha sürətli iqtisadi bərpa prosesi yaşanacaq. Son məlumatlara görə, inkişaf etmiş ölkələrdə əhalinin təxminən 40 faizi, inkişaf etməkdə olan ölkələrdə 20 faizi, aşağı gəlirli ölkələrdə isə ölkə əhalisinin çox kiçik bir bölümü peyvənd olunub. Artıq 2021-ci ilin yarısından çoxu geridə qalıb. Bəs dünya iqtisadiyyatında son durum necədir?

BVF-nin iyulda yayımlanan "Qlobal İqtisadi İcmal" hesabatında dünya iqtisadiyyatının bu il 6 faiz artacağı proqnozlaşdırılır. Qurumun gələn ilə artım proqnozu 4.9 faizdir. Bu, 2022-ci ilə aid daha əvvəlki proqnozla müqayisədə 0.5 faiz daha yüksək nəticədir. Gələn illə bağlı proqnozun belə yüksəlişi həm də dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-dan qaynaqlanır. Orada ilin ikinci yarısında iqtisadi aktivliyə yönəldilməsi gözlənilən əlavə maliyyə yardımları gerçəkləşdiriləcək.

Beynəlxalq Valyuta Fondundan qlobal iqtisadiyyatla bağlı xoş proqnoz
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

BVF inkişaf etmiş ölkələrdəki artım proqnozlarını yüksəldib, inkişaf etməkdə olan ölkələrdə isə, əksinə, artım proqnozunu nisbətən aşağı salıb. Bu dəyişikliklər peyvəndləmə səviyyəsi və stimullaşdırıcı tədbirlərin effektivliyi ilə əsaslandırılıb. Gələn ilin inflyasiya göstəriciləri isə əksər ölkələrdə əvvəlki səviyyələrə qayıda bilər. BVF bu fikirdədir.

Dünya iqtisadiyyatının 62 faizinə yaxınını əlində cəmləyən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində bu ilin ilk yarısında qeydə alınan iqtisadi indekslərdə artım gözə çarpıb. Quruma üzv ölkələrdə "Biznes İnam İndeksi" ötən ilin ortalarında qeydə alınan kəskin enişin ardından yenidən yüksəlib və hətta pandemiyadan öncəki səviyyəni də aşıb. Bunun səbəbi sürətli bərpa gözləntiləridir. "İstehlakçı İnamı İndeksi" də yüksəlib və pandemiyadan əvvəlki vəziyyətə çatıb. Bu indekslərin yüksək olması yeni investisiya və xərclərin artırılmasına, yeni iş yerlərinin açılmasına, bütövlükdə iqtisadi aktivliyin yüksəlməsinə ümidləri artırır.

Ermənistan iqtisadiyyatı çökür? - Erməni ekspertlər real durumu anladır
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

ABŞ iqtisadiyyatında durum

Beynəlxalq Valyuta Fondunun inkişaf etmiş ölkələr arasında ən çox böyümə proqnozlaşdırdığı ölkələrdən biri ABŞ-dır. Fondun iyul hesabatında Birləşmiş Ştatlarda 2021-ci ildə 7 faizlik artım gözlənildiyi qeyd edilib. Bu gözləntinin əsas səbəbi bu ilin ikinci yarısında infrastruktur sərmayələrini artıran və sosial təminatı gücləndirən qanunvericilik dəyişikliyidir. ABŞ hökuməti istər postpandemiya dövründə, istərsə bu ilin qalan müddətində bərpa sürətinin artırılmasına yönəlmiş həvəsləndirmə tədbirləri görəcəyini açıqlamışdı.

ABŞ-da iqtisadi artım proqnozu ilə yanaşı, inflyasiya göstəricisi də gözləntiləri aşıb. İyun ayına olan nəticəyə görə, ölkədə inflyasiya göstəricisi proqnozlaşdırılan hədəfdən 0.5 faiz çox – 5.4 faiz olub. Ölkədə il ərzində ən çox qiymət artımı qeydə alınan məhsullar ikinci əl avtomobillərdə və yük maşınlarında qeydə alınıb – 45.2 faiz. Benzin və mazut qiymətləri də 40 faizdən çox inflyasiya qeydə alınan məhsullar sırasında olub. Kommunal və nəqliyyat xidmətlərindəki bahalaşma 10-15 faiz həddindədir. Ancaq inflyasiya göstəricisinin əksinə olaraq, 2021-ci ilin altı ayının nəticələrinə görə, ABŞ-da işsizlik göstəricisində nisbi azalma (0.1 faiz) qeydə alınıb və 5.9 faizə bərabər olub. ABŞ Federal Ehtiyat Sistemi (FED) isə ikinci rüb ərzində faiz dərəcələrini 0-0.25 faiz həddində sabit saxlayıb.

Yeni qapanma gözlənirmi? 'İşimizi itirməməliyik'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

12 milyondan çox işsiz avropalı

Beynəlxalq Valyuta Fondunun Avrozona üçün artım proqnozu ABŞ-a nisbətən daha aşağı – 4.6 faiz olub. Burada inflyasiya göstəricisi daha çox diqqət çəkir. İyun ayında Avrozonada inflyasiya göstəricisi 1.9 faiz olub. Bu, 2018-ci ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir. Avrozonada sənaye məhsulu istehsalı da bu yarımildə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizə yaxın artıb.

Bu ilin iyununa olan göstəriciyə görə, Avrozonada işsizlik göstəricisi 7.7 faiz olub. İşsiz sayı 423 min nəfər azalsa da, hələ də Avropada 12 milyon 510 min nəfərədək rəsmi işsiz mövcuddur. Avrozonanın aparıcı ölkələri arasında ən yüksək işsizlik göstəricisi İspaniyadadır (15.1 faiz). İtaliya (9.7 faiz) və Fransa (7.3 faiz) da işsizliyin nisbətən yüksək olduğu ölkələrdir. İşsizlik baxımından ən yaxşı göstəricilərə malik ölkələr Hollandiya (3.2 faiz) və Almaniyadadır (3.7 faiz).

Qeyd edilməlidir ki, ilin ilk yarısında Avropa Mərkəzi Bankı uçot dərəcələrini dəyişilməz saxlayıb. Qurum inflyasiyanın 2 faizi aşmayacağı halda faiz dərəcələrini dəyişməyəcəyini açıqlayıb və şirkətlərin likvidlik risklərini önləmək üçün yaratdığı "Təcili Satınalma Proqramı"nın istifadə müddətini 2022-ci ilin martınadək uzadıb.

Artıq Avrozonadan ayrılmış Birləşmiş Krallığa gəlincə, burada iqtisadi artım proqnozları 7 faizə yüksəlib. Apreldə həmin proqnoz 5.3 faiz olub. Beynəlxalq Valyuta Fondunun fikrincə, Birləşmiş Krallıqda iqtisadi aktivlik pandemiyaöncəsi vəziyyətə ən yaxşı halda gələn ilin sonlarında gələ bilər. Birləşmiş Krallıqda inflyasiya göstəricisi isə Avrozonaya nisbətən daha yüksək – 2.5 faiz olub. Ölkədə sənaye məhsulu istehsalı ötən ilin eyni dövrüylə müqayisədə 8 faizdən çox artıb. Britaniyada işsizlik göstəricisi 4.7 faiz civarında olub.

XS
SM
MD
LG